Bu ölkənin adı dəyişdirilə bilər - Aotearoa

Bu ölkənin adı dəyişdirilə bilər - AotearoaYeni Zelandiyada Maori partiyası ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi üçün petisiya başladıb.

BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, partiyanın liderləri Yeni Zelandiya adının Hollandiyadan qaynaqlandığını bildiriblər.

Hökumətdən qarşıdakı beş il ərzində ölkənin bütün şəhərləri və yerləri üçün orijinal "Te Reo Maori" adlarını təyin etmələri və rəsmi olaraq qəbul etmələri istənilib.

Prosesin 2026 -cı ilə qədər yekunlaşdırılması tələb olunur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1044   Tarix: 14 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş