Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan varBakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BiG.AZ "Report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı, 1966-cı il təvəllüdlü Əhmədli Aybəniz Qələndər qızı xəsarət alıb. Yaralı digər təcili yardım maşınının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ mil sümüyünün yerdəyişən sınığı və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 534   Tarix: 14 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş