Yaqub Zurufçunun dəfn olunacağı yerlə bağlı qərarı ailə üzvləri verəcək

Yaqub Zurufçunun dəfn olunacağı yerlə bağlı qərarı ailə üzvləri verəcək"Əməkdar artist Yaqub Zurufçunun harada dəfn olunacağına ailə üzvləri qərar verəcək".

Bu barədə BiG.AZ-a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edək ki, əməkdar artist bu gün müalicə aldığı "Yeni Klinika"da koronavirusdan dünyasını dəyişib.

Xatırladaq ki, Y.Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub.

Əməkdar artist 1956-cı il aprelin 8-də İran İslam Respublikasının Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. O, ABŞ vətəndaşı olmaqla bərabər, 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığı da alıb. 17 sentyabr 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına adına layiq görülüb.

Ailəli idi, 3 övladı var.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1531   Tarix: 14 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş