Məşhur aparıcıdan xanımına ROMANTİK JEST

Məşhur aparıcıdan xanımına ROMANTİK JEST7 il birlikdə əl-ələ! İlin az qala hər gününə bir xatirə yazmışıq. Təkcə bir evi, bir süfrəni, eyni sevinci, kədəri deyil, bir taleyi paylaşmışıq. Bəzən susaraq danışmışıq, bəzən danışmadan anlaşmışıq…

Publika.az xəbər verir ki, bu sözləri aparıcı Azər Süleymanlı instaqram hesabında yazıb.

Xanımını evliliklərinin 7 illiyi münasibətilə təbrik edən aparıcı sözlərinə belə davam edib: "Bu gün isə təqvimin ən şirin gününü yaşayırıq. Qulaqlarımızda vağzalı səsi, ürəyimizdə eyni həyəcan titrəməsi, çöhrəmizdə xoşbəxtliyin şəkli - evliliyimizin 7-ci ilinin tamamını yaşayırıq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2920   Tarix: 14 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş