Nömrəsiz maşınları kim və necə idarə edir? - DYP-dən AÇIQLAMA

Nömrəsiz maşınları kim və necə idarə edir? - DYP-dən AÇIQLAMADaxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi əlillərə verilən avtomobillərin bəzi hallarda dövlət qeydiyyat nişanı olmadan idarə edilməsi barədə yayılan iddialara münasibət bildirib.

Bununla əlaqədar Baş İdarədən verilən məlumatda bildirilib:

"Fiziki məhdudiyyətli şəxslərə dövlət tərəfindən verilmiş nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı olmadan idarə edilməsi və belə hallara qarşı biganə münasibət bəslənilməsi ilə bağlı vaxtaşırı olaraq kütləvi informasiya vasitələrində, xüsusilə sosial mediada məlumatlar paylaşılır, fəal müzakirələr aparılır. Cəmiyyət üçün həssas olan bu mövzunun yenidən gündəmə gəldiyini və bəzən də əsassız şərhlərlə rastlaşdığımızı nəzərə alaraq məsələyə münasibət bildirməyi məqsədəmüvafiq hesab edirik.

Bu gün hər kəs yaxşı bilir ki, ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının etibarlı müdafiəsi və daha da təkmilləşdirilməsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsi, tibbi-sosial reabilitasiyası ilə bağlı çevik dövlət siyasəti həyata keçirilir. Təbii ki, sıralarında xidməti vəzifə borcunu yerinə yetirərkən sağlamlığını itirmiş yüzlərlə polis və hərbi qulluqçunun olduğu daxili işlər orqanlarının, o cümlədən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən də hər zaman fiziki məhdudiyyətli şəxslərə xüsusi diqqət və qayğı göstərilib, şəfqətlə yanaşılıb, veteranlar, ağsaqqallar, tanınmış şəxslərlə birgə mütəmadi olaraq onlarla görüşlər təşkil edilib, layihələr həyata keçirilib.

Lakin təəssüflə qeyd edirik ki, bu gün ictimai müzakirəyə səbəb olan faktlar da danılmazdır. Çünki əlilliyi olan bəzi şəxslər sui-istifadə hallarına yol verərək nəqliyyat vasitələrini dövlət qeydiyyat nişanı olmadan nümayişkaranə şəkildə idarə edir ki, bu da kobud qayda pozuntusu olmaqla yanaşı, həm də qanunlara və digər hərəkət iştirakçılarına hörmətsizlik ifadə edir".

Açıqlamada, həmçinin qeyd edilib ki, avtomobilin dövlət qeydiyyat nişanı olmadan idarə edilməsi sürücüdə inzibati məsuliyyətdən yayına biləcəyi barədə yanlış təsəvvür formalaşdırır. Bu da onu təkrar və daha təhlükəli qayda pozuntuları törətməyə və bununla da həm özünün, həm də digər günahsız insanların həyat və sağlamlığının itirilməsi ilə nəticələnəcək qəzalara sövq edir.

"Qanunun aliliyini rəhbər tutaraq belə xoşagəlməz hallara qarşı loyal mövqedə olmadığını dəfələrlə həyata keçirdiyi qətiyyətli tədbirlərlə bəyan edən Dövlət Yol Polisi əməkdaşları bu gün də yollarda inzibati xəta törətmiş əlilliyi olan şəxsləri saxlayaraq onlarla profilaktik söhbətlər aparır, bir daha qayda pozuntularına yol verməmələrinə dair onlara xəbərdarlıq edirlər. Xəbərdarlığa baxmayaraq, qaydaları təkrar pozan sürücülər barəsində isə qanunvericiliyə uyğun inzibati tənbeh tədbirləri görülür.

Unutmaq olmaz ki, hər zaman sevgi və qayğı ilə əhatə olunan fiziki məhdudiyyətli insanlar, müharibə veteranları arasından bəzən bir şəxsin qanunlara qarşı hörmətsizlik nümayiş etdirməsi bu kateqoriyadan olan digər şəxslərə qarşı cəmiyyətdə mənfi rəyin formalaşmasına rəvac verir", - deyə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 603   Tarix: 13 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bloomberg: "2026-cı ildə qızılın qiyməti sürətlə bahalaşacaq"

Bloomberg-in analitiklərinə istinadən yayılan məlumatda bildirilir ki, 2026-cı ildə qlobal qeyri-müəyyənliklər və geosiyasi risklərin artması fonunda qızılın qiyməti kəskin şəkildə yüksələcək. BİG.AZ Bloomberg-ə istinadən xəbər verir ki, hesabata görə, mərkəzi bankların dollar ehtiyatlarını azaltmas

16:37 192
.

"Nə? Harada? Nə zaman?" oyunu üzrə VIII Azərbaycan Çempionatı keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun dəstəyi, Xəzər İntellektual Gənclər Klubu, Atəşgah İntellektual Oyunlar Klubu və Gənc Könüllülər İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə VII Azərbaycan Çempionat

11:59 148
.

Türkiyənin hər yerində Bibliyada deyilən nəhəng torpaq çökəklikləri yaranır

Türkiyənin müxtəlif bölgələrində torpağın iri miqyaslı çökmələri getdikcə daha tez-tez müşahidə olunur. Bu çökəkliklərin bəzilərinin dərinliyi onlarla, hətta yüzlərlə metrə çatır. Ən xurafatçı insanlar bunu ali qüvvələrin əlaməti kimi dəyərləndirir və hətta Bibliya peyğəmbərliklərini xatırladırlar. Laki

11:40 461
.

Sabah bəzi yollar buz bağlayacaq

Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, dekabrın 16-da gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var

17:00 191
.

"2026-cı il Azərbaycanda böhranın başlanğıcı olacaq"- iqtisadçı NATİQ CƏFƏRLİ

Hər il ölkədə minimum əmək haqqı artsada, bu il heç bir artım olmadı. Ölkədə ərzaq qiymətləri sözün əsl mənasında hər gün artır. Bir müddət bundan əvvəl ictimai nəqliyyatda qiymət artımı baş verdi. Hökümət artıq yanvar ayından kommunal xidmətlərin artacağını anons edib. Bütün bunların fonunda isə maa

15:35 395
.

Prezident onlara ali hərbi və ali xüsusi rütbələr verdi - Adlar

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, FHN-in aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib:. "general-leytenant"

16:06 216
.

"Express Lounge" qeydiyyatsız işləyirmiş... - Fotolar

Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 202A ünvanında yerləşən, fiziki şəxs Ağayev Fərid Qabil oğluna məxsus "Express Lounge" ictimai iaşə obyektində yoxlama keçirilib. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirili

17:19 160
.

Ramaldanovun qəzaya düşən qohumlarının vəziyyəti necədir?

Qusarın Yuxarı Ləgər kəndində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Qusar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, ötən gün saat 15:00 radələrində Qusar rayonu ərazisində ba

11:11 457
.

Rusiyayönlü siyasət Avropada narahatlıq yaratdı

Macarıstanın baş naziri Viktor Orbanın siyasi baxışları və mövqeyi Avropa Birliyindən (AB) daha çox Moskva ilə yaxınlıq təşkil edir. xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Britaniyanın Sky News telekanalına açıqlamasında Polşanın ədliyyə naziri Valdemar Žurek səsləndirib. "Bu gü

18:30 101
.

TOP MP3