Konfrans Liqası: "Qarabağ" növbəti mərhələyə vəsiqə qazanıb
"Qarabağ" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.
Ağdam təmsilçisi İsraildə "Aşdod"un qonağı olub. Görüş "köhlən atlar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda qarşılaşmaya erkən qolla başlayıb. 6-cı dəqiqədə Xayme Romeronun sağ cinahdan cərimə meydançasına ötürməsini Filip Ozobiç dəqiq zərbə ilə tamamlayıb. 23-cü dəqiqədə "Qarabağ"ın müdafiəçisi Rahil Məmmədov zədələnərək, meydanı tərk edib. Onun yerinə meydana İsmayıl İbrahimli daxil olub. İlk yarıda başqa qol olmayıb və ağdamlılar fasiləyə minimal hesablı üstünlüklə yollanıb. İkinci hissədə də üstünlük "Qarabağ"ın tərəfində olsa da, hesab dəyişməyib.
Bakıdakı ilk matçda qolsuz heç-heçə qeydə alındığından, səfərdə qazanılan qələbə "Qarabağ"ı III raunda yüksəldib. Ağdam təmsilçisinin növbəti mərhələdəki rəqibi AEL (Kipr) / "Vlajnia" (Albaniya) cütünün qalibi olacaq. "Qarabağ" ilk oyununu səfərdə keçirəcək.
Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları 5 - 12 avqustda olacaq./"Report"
BiG.Az
Telegramda izləyin
instagramda izləyin
İdman Baxılıb: 671 Tarix: 29 iyul 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Neftçi" Çempionlar Liqasında mübarizəni dayandırıb
Matş bitdi. Futbol üzrə Azərbaycan çempionu minimal hesabla məğlub oldu - 1:0. Beləliklə, "Neftci" Çempionlar Liqası ile vidalaşdı. Yoluna Avropa Liqasının II təsnifat mərhələsində davam edəcək. Rəqib Finlandiyanın HİK komandası olacaq
28.07.2021 674 Azərbaycan boksçusu Olimpiadanın 1/4 finalına yüksəldi - FOTO
Azərbaycan boksçusu Alfonso Dominqes Olimpiya Oyunlarının 1/4 finalına yüksəlib. xəbər verir ki, A.Dominqes (81 kq) yarışların 1/8 final mərhələsində dünya çempionatının gümüş mükafatçısı Dilshod Ruzmetova 4:1 qalib gəlib. Qeyd edək ki, Kuba əsilli boksçu 2019-cu ildə Minskdə II Avropa Oyunlarının qalib
28.07.2021 818 Məşhur qapıçı xəstəxanalıq oldu
İngiltərənin "Nyukasl" klubunun qapıçısı Karl Darlou koronavirusa yoluxub. xəbər verir ki, bu barədə futbolçu özü məlumat yayıb. O, vəziyyəti pisləşdiyi üçün hətta xəstəxanaya yerləşdirildiyini bildirib:. "Ötən həftə özümü həddən artıq pis hiss etdiyim üçün xəstəxanaya yerləşdirildim
27.07.2021 1604 İlk dəfə iranlı qadın futbol oyununda hakimlik edəcək
İlk dəfə olaraq iranlı qadın hakim Tokio olimpiadasında kişilərdən ibarət futbol komandaları arasında keçiriləcək oyunu idarə edəcək. AZƏRTAC-a istinadən bildirir ki, Pəriya Şəhriyari adlı qadın hakim bu günə kimi beynəlxalq yarışlarda yalnız qadınlardan ibarət komandaların oyunlarını idarə edib. Toki
27.07.2021 608 Yuxusu çin oldu, komanda yoldaşı finalda uduzdu – Tokio-2020
Tokio-2020 Yay Olimpiya Oyunlarının qılıncoynatma yarışlarında qadın sablyaçıların mübarizəsi başa çatıb. Unikal.org-a istinadən xəbər verir ki, finalda Rusiya qılıncoynadanları Sofiya Pozdnayakova və Sofya Velikaya qarşılaşıb. Rusiya Milli Olimpiya Komitəsinin prezidenti Stanislav Pozdnyakovun qız
26.07.2021 680 Çinli idmançı tək ayaqla Olimpiya çempionu oldu
Çinli ağırlıqqaldıran Li Fabin tək ayaqla Olimpiya çempionu olub. 28 yaşlı dünya və üçqat Asiya çempionu yarışdığı 61 kq çəki dərəcəsində çempionluğunu qeyri-adi hərəkətlə qeyd edib. O, 166 kq çəkini başı üzərinə qaldırarkən sağ ayağını göyə qaldırıb. Onun fanatları bu hərəkəti "flaminqo" adlandırıb
26.07.2021 899 13 yaşlı idmançı Tokioda Olimpiya çempionu oldu
13 yaşlı yaponiyalı skeytbordçu Momidzi Nisiya Tokio-2020-də qızıl medal qazanıb. Bu barədə yazıb. 13 yaş 330 günlüyündə qızıl medal qazanan Nisiya bu nəticə ilə ən gənc Olimpiya çempionları arasında ikinci olub. Qeyd edək ki, bu sahədə rekord 1936-cı il Olimpiya Oyunlarında suya tullanma yarışlarınd
26.07.2021 670 Medal ümidimiz Rüstəm Orucov da məğlub oldu
Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb. -un məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan təcrübəli idmançı 1/4 final mərhələsində yaponiyalı Şohei Ono ilə üz-üzə gəlib. Rəqibinə məğlub olan Orucov təsəlliverici görüşdə Akil Qyakova il
26.07.2021 627 Olimpiya rekordçusu olan gimnast karyerasını bitirdi
Qadın idman gimnastikası üzrə Olimpiya çempionu, Özbəkistan təmsilçisi Aksana Çusovitina peşəkar idmançı karyerasını bitirdiyini elan edib. "Qafqazinfo" xəbər verir ki, 46 yaşlı gimnast bu barədə qərarı "Tokio-2020" Yay Olimpiya Oyunlarında idman gimnastikası yarışlarının təsnifa
25.07.2021 784