Ərdoğan: "Türkiyə yanğınla mübarizə üçün bütün imkanlarını səfərbər edib"

Ərdoğan: "Türkiyə yanğınla mübarizə üçün bütün imkanlarını səfərbər edib"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınları ilə bağlı vəziyyəti daim nəzarəti altında saxlayır.

Bu barədə ölkənin Prezident Administrasiyasından verilən məlumatda bildirilib.

Qeyd olunub ki, dövlət başçısı ərazidə olan nazirlərlə tez-tez əlaqə saxlayır, yanğınların nəzarət altına alınması üzrə aparılan işlər barədə məlumat alır.

"Həyatını itirən vətəndaşlara Allahdan rəhmət diləyən Prezident Ərdoğan yanğınların nəzarət altına alınması və tamamilə söndürülməsi üçün dövlətin bütün imkanlarını səfərbər etdiyini vurğulayıb, yaraların sarılması üçün vətəndaşların yanında olduğunu ifadə edib", - deyə məlumatda bildirilib./Oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1295   Tarix: 29 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş