Azərbaycanlı iş adamı vəfat etdi - FOTO

Azərbaycanlı iş adamı vəfat etdi - FOTOAzərbaycanlı iş adamı vəfat edib.

Bu barədə İstanbulun "Florence Nightingale" klinikası məlumat yayıb.

Bildirilib ki, tanınmış azərbaycanlı iş adamı, məşhur fermer, "Hacıqabul Quşçuluq" şirkətinin sahibi Adışirin Babaşov dünyasını dəyişib.

Vurğulanıb ki, Adışirin Babaşov 28.07.2021-ci il tarixində saat 23:40 radələrində müalicə aldığı "Florence Nightingale" klinikasında ürək çatışmazlığından vəfat edib.

Mərhumun yaxınları iş adamının cənazəsinin 29.07.2021-ci il tarixində Azərbaycana gətiriləcəyini bildirib.

Allah rəhmət eləsin!

Azərbaycanlı iş adamı vəfat etdi - FOTOOxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2592   Tarix: 29 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş