Belçikanı yenə sel basdı - VİDEO

Belçikanı yenə sel basdı - VİDEOBelçikanın cənubunda leysan yağışlar səbəbindən yeni sel qeydə alınıb, sel Valloniya bölgəsinin mərkəzi Namür şəhəri də daxil olmaqla, bir neçə yaşayış məntəqəsi su altında qalıb.

Bu barədə "RTBF" telekanalı məlumat yayıb.

Məlumata görə, daha çox Dinan şəhəri və Namürün bir sıra məhəllələrinə ziyan dəyib. Dinanda palçıq axınları avtomobilləri süpürərək aparıb. Tələfat və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Dinan şəhərinin burqomistri (şəhər administrasiyasının rəhbəri) Aksel Tiksonun təcili keçirilmiş mətbuat konfransında bildirdiyinə görə, "gün boyu davam edən göy gurultulu leysan yağışından sonra şəhərə dağlardan palçıq axını gəlib, nəticədə onlarla avtomobili, yol nişanlarını, çəpərləri və yaşıllıqları aparıb".

"Myoz çayında suyun səviyyəsinin kəskin artması nəticəsində şəhərin bir neçə məhəlləsini su basıb, suyun səviyyəsi 30 sm-ə çatır. Xoşbəxtlikdən söhbət yalnız maddi ziyandan gedir, şəhərdə ölən yoxdur", - deyə burqomistr qeyd edib./ Modern.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 455   Tarix: 25 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş