Hindistanda koronavirusla bağlı məhdudiyyətlər yumşaldılır

Hindistanda koronavirusla bağlı məhdudiyyətlər yumşaldılırHindistanın paytaxtı Delhi şəhərinin səlahiyyətliləri bölgədə koronavirusun yayılmasına qarşı tədbiq edilən məhdudiyyətlərin yumşaldılması barədə qərar qəbul ediblər.

BiG.AZ Trend-ə istinadən xəbər verir ki, bu gündən etibarən qeyd edilən ərazidə metro və avtobuslar tam qrafiklə xidmət göstərəcək, kinoteatrlar isə yarısına qədər dolmaq şərti ilə işləyəcəklər.

Bütün mağazalara tam həftə müddəti saat 10:00-dan 20:00-dək fəaliyyət göstərməyə icazə veriləcək. Toy və dəfn mərasimlərində toplanma həddi 50 nəfərdən 100-ə qaldırılıb.

Qeyd edilir ki, məhdudiyyətlərdə yumşalmalar barədə qərar paytaxtda "COVID-19" virusuna yoluxma saylarının azalması fonunda qəbul edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 324   Tarix: 25 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Ustalar.az ustalar sayti