Koronavirusun genomunda zəif bölgələr tapıldı

Koronavirusun genomunda zəif bölgələr tapıldıSARS-CoV-2 genomunda mutasiyaya uğramayan və antivirus dərmanları üçün hədəf ola biləcək bölgələr var.

Almaniyalı alimlərin bu barədə tədqiqat materialları "Angewandte Chemie" jurnalında dərc edilib.

Qeyd edilir ki, koronavirusa qarşı aktiv maddələrin axtarışı əsasən replikasiyanı dayandıra və ya ləngidə bilən viruslu zülalların bloklanmasına əsaslanır. Bununla yanaşı, virusun uzun RNT molekulunu hədəf alması da oxşar təsirə malikdir.

Buna əsasən tədqiqatçılar nüvə maqnit rezonans spektroskopiyasından istifadə edərək koronavirus genomunu analiz ediblər və SARS-CoV-2 genomunun müxtəlif koronaviruslarda çox oxşar və vacib tənzimləyici funksiyalara sahib olan 15 qısa seqmentini aşkarlayıblar. Məlum olub ki, bu fraqmentlər çox nadir hallarda mutasiyalara məruz qalır – onlar demək olar ki, 2020-ci il boyu dəyişməyiblər.

Alimlər artıq SARS-CoV-2-nin artmasının qarşısını alacaq dərmanların axtarışına başlayıblar.(oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 546   Tarix: 25 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş