Azərbaycan milli mətbuatının 146 yaşı tamam olur
Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 146 il ötür.
BiG.AZ-ın məlumatına görə, ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.
Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir.
Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində "Əkinçi" qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb. Lakin "Əkinçi"nin ömrü uzun sürmədi.
Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı.
O vaxtdan ötən illər ərzində müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.
1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan dövləti bu sahənin inkişafına hər zaman böyük diqqət ayırır.
2020-ci il ölkəmiz üçün tarixi əhəmiyyətli Qarabağ Zəfəri ilə yadda qaldı. 44 günlük Vətən müharibəsindəki Qələbəyə kütləvi informasiya vasitələri öz töhfəsini verdilər. KİV nümayindələri əsl fədakarlıq göstərərək həm ön xəttə vuruşdular, həm də reportajları ilə dünyaya haqq səsimizi çatdırdılar.
Bu gün peşə bayramını qeyd edən bütün həmkarlarımızı təbrik edirik!
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 621 Tarix: 22 iyul 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kamala Harris prezident olmağa hazırlaşır
ABŞ-ın sabiq vitse-prezidenti Kamala Harris 2028-ci il seçkiləri ərəfəsində mövqelərini gücləndirmək üçün çalışır. xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb. "Kaliforniya qubernatoru Gavin Nyusom və digər potensial namizədlərin rəqabətinə baxmayaraq, milli sorğular göstəri
15.12.2025 225 Şüşədə yağ, içində sual işarəsi... Etiketə inan bədəninə dua et
Supermarketlərdə yüzlərlə çeşid günəbaxan, qarğıdalı, zeytun yağları satılır. Hər birinin üzərində 100% təbii olduğu yazılır. Lakin məhsulu aldıqda isə keyfiyyətinin o olmadığını görürük. Ölkəmizdə duru yağlar yerli istehsal ilə yanaşı, Rusiya, Türkiyə, Ukrayna, Sinqapur kimi ölkələrdən idxal olunur
13:02 104 AzTV-dən narazılara cavab gəldi: "Gələn il..."
"Bizim heç bir sənət adamı ilə problemimiz yoxdur. Əksinə, qarşılıqlı formada bir-birimizə dəstək veririk". Bu sözləri "Yeni Sabah"a AzTV-nin mətbuat xidmətinin rəhbəri Rüfət Seyidov deyib. Onun sözlərinə görə, Dövlət Televiziyasında Yeni il çəkilişlərinə dəvət olunmayan ifaçılar
15.12.2025 410 Ağdamda iki qardaş bıçaqlandı
Ağdamda iki qardaş bıçaqlanıb. "Qafqazinfo"nun xəbərinə görə, bıçaqlanma hadisəsi rayonun Baharlı qəsəbəsi ərazisində baş verib. Belə ki, həmyerlilər arasında baş verən mübahisə zamanı Elçin və Sənan adlı qardaşlar bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini Sadiq adlı şəx
15.12.2025 294 Gizir Xanıya şəhidlik statusu verildi
Ağdamda minaya düşərək həlak olan Gizir Xanıya şəhidlik statusu verilib. Teleqraf-ın xəbərinə görə, 23 sentyabr tarixində rayonun Mirəşelli kənd ərazisində minaya düşərək həlak olan Gizir Xanı kimi tanınan Səyyaf Əhmədova mülki şəhid statusu verilib. Bu barədə məlumatı S.Əhmədovun yaxınları təsdiqləyib
15.12.2025 361 Balakəndə ağır qəza - Ölən və yaralananlar var
Balakən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 17 radələrində Talalar kəndi ərazisində olub. Belə ki, "VAZ-2106" və "VAZ-21015" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ-2106"nın sürücüsü, 30 yaşlı Əyyu
15.12.2025 258 Onlara ən azı 46 gün məzuniyyət veriləcək
Məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətləri olan işçilərin siyahısında dəyişiklik ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Sənədə əsasən, aşağıdakı işçilər
12:45 108 "Yerdəki 100 manatı götürmək istəyəndə yıxıldı" - Video
Xəbər verdiyimiz kimi, Azərbaycan Universitetində 18 yaşlı tələbə yıxılaraq xəsarət alıb. "Qafqazinfo"nun məlumatına görə, şahidlər hadisənin detalları barədə "Baku TV"yə danışıblar. "Yerdə 100 manat var idi. Onu götürmək üçün döşəmənin üstünə hoppandı. Həmin yer qırıldı və aşağ
15.12.2025 529 "İndi başqa eşqlə yaşayıram"
"Yaşlı insan tək yaşamamılıdır. Bir yerdə gedib gəzsinlər: parka, kinoya getsinlər. İnsan bütün həyatını övladına həsr edir. Bəs, bu adam nə zaman yaşasın? Mənim yaram təzədir. İçimdə qorxu hissi var, yenidən ailə həyatı qura bilmərəm. Yağışdan çıxıb, yağmura düşə bilmərəm". Axşam.az xəbə
15.12.2025 336