"Tokio-2020" Yay Olimpiya Oyunları təxirə salına bilər
"Tokio-2020" Yay Olimpiya Oyunları təxirə salına bilərİyulun 21-də "Tokio-2020" Yay Olimpiya və Paralimpiya oyunlarının açılışına iki gün qalmış Yaponiya paytaxtında Tokio Mətbuat Mərkəzi qapılarını açıb.
Bildirilir ki, Tokio Mətbuat Mərkəzi Yaponiya paytaxtının mövqeyindən Yay Olimpiya Oyunları barədə jurnalistlər üçün əsas informasiya mənbəyi rolunu oynayacaq. Koronavirus pandemiyası ilə əlaqədar Tokioda fövqəladə vəziyyət rejiminin davam etməsi nəzərə alınaraq mətbuat mərkəzinin təşkilatçıları burada onlayn informasiyanın əldə edilməsi üçün maksimum şərait yaratmağa çalışıblar. Mərkəzə akkreditə olunan jurnalistlər bütün məlumatları bu məqsədlə yaradılmış xüsusi saytdan əldə edə biləcəklər.
Yay Olimpiya Oyunlarının başlamasına iki gün qalmış Yaponiya paytaxtında koronavirusa yoluxma ilə əlaqədar vəziyyət gərgin olaraq qalır. Gündəlik yoluxma sayı hələ də min nəfərdən çoxdur. Epidemioloji vəziyyət gərgin olduğuna görə hökumət iyulun 12-dən avqustun 22-dək Tokioda fövqəladə vəziyyət rejimi elan edib.
Bu arada Tokio Olimpiadasının təşkilatçıları koronovirusla əlaqədar Oyunların ləğvinin mümkünlüyünü istisna etmirlər.
BiG.AZ Modern.az-a istinadən xəbər verir ki, bu barədə "Tokio-2020"nin təşkilat komitəsinin baş direktoru Toşiro Muto son sutka ərzində oyunlarla əlaqədar daha 10 nəfərin koronavirusa yoluxmasını şərh edərkən deyib. Ümumilikdə artıq 68 nəfərin virusa yoluxduğunu qeyd edən T.Muto xəstəliyin kəskin artacağı təqdirdə Olimpiya Oyunlarının ləğvinin mümkünlüyünü bildirib.
"Biz deyə bilmərik ki, yoluxma ilə bağlı durum necə olacaq. Əgər yoluxmada artım olarsa, müzakirə aparacağıq. Razılığa gəlmişik ki, koronavirusla bağlı vəziyyətə görə beştərəfli görüş keçirə bilərik. İndiki halda yoluxma arta da, azala da bilər. Ona görə də artım olarsa, biz nə edəcəyimizi düşünəcəyik", - deyə Muto bildirib.
Xatırladaq ki, Olimpiya Oyunlarına iyulun 23-də start veriləcək və yarışlar avqustun 8-dək davam edəcək.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 570 Tarix: 21 iyul 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
CAS-ın Nurlan İbrahimovun şikayətinə baxacağı tarix açıqlandı
İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsinə baxacaq. Dinləmələr oktyabrın 8-nə təyin edilib. Xatırladaq ki, Nurlan İbrahimov 44 günlük müharibə zamanı "Facebook" hesabında ermənilərlə bağlı paylaşımın
29.08.2021 669 Azərbaycan 11-ci qızıl medalını QAZANDI
Üzgüçümüz Vəli İsrafilov "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz
01.09.2021 933 Sərbəst güləşçilərimizin I MDB Oyunlarındakı qazancı: Üç qızıl, iki gümüş və iki bürünc medal
Rusiyanın Kazan şəhərində I MDB Oyunları davam edir. Bu gün sərbəst güləşçilərin yarışı keçirilib. Ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayıl Hacıyev (7
04.09.2021 627 Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və bürünc medal qazanıb
Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübariz
12.09.2021 746 "Yuventus"un gənc futbolçusu öldü
İtaliyanın "Yuventus" klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında vəfat edib. Bu barədə Turin klubu rəsmi "Twitter" hesabından məlumat yayıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir", - turinlilərin mətbuat xidmətini
05.09.2021 972 Azərbaycanın daha bir paracüdoçusu qızıl medal qazandı
Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb. xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Pərvinə Səməndərova ilə üz-üzə gəlib. Rəqini 1:0 hesabı ilə məğlub edən Vəliyeva paralimpiya çempion
28.08.2021 647 Rusiya mətbuatı Mahir Emreli barədə yol verdiyi səhvi düzəltdi - FOTO/VİDEO + YENİLƏNİB
Rusiyanın saytı Mahir Emreli barədə yol verdiyi səhvi aradan qaldırıb. -ın xəbərinə görə, artıq futbolçu onlayn xəbərdə azərbaycanlı kimi təqdim olunub. 13:34. Millimizin futbolçusu Mahir Emreli Rusiyada erməni oyunçu kimi təqdim edilib. xəbər verir ki, Rusiyanın məşhur idman saytlarından olan futbolçumu
16.09.2021 2354 39 il komada qalan futbolçu vəfat etdi
PSJ-nin sabiq futbolçusu Jan-Pyer Adams dünyasını dəyişib. xəbər verir ki, 39 ildi komada olan veteran müdafiəçi 73 yaşında vəfat edib. Adams 1972 - 1976-cı illərdə Paris təmsilçisinin formasını geyinib. 1982-ci ildə çempionat oyununda dizindən zədə alan futbolçu əməliyyat zamanı həkimlərin səhvi üzündə
06.09.2021 1068 Azərbaycan millisinin heyətində dəyişiklik baş verib
2022-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. "Report" AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Maksim Medvedev zədə, Polşanın "Visla" (Plotks) klubunun üzvü Anto
05.09.2021 898