16 yaşlı qız ilə nişanlanan oğlanın bacısı danışdı: "İndi toy etmirik, yaşını gözləyirik" - YENİLƏNİB - FOTO
Sosial şəbəkədə Astarada 16 yaşlı qızla 30 yaşlı oğlanın nişanlanması barədə yayılan söz-söhbətlərə aydınlıq gətirilib.
Belə ki, bu gün saat 14:00-da gözlənilən nişan mərasimi ilə bağlı oğlan evi açıqlama verib.
BiG.AZ xəbər verir ki, Oxu.Az-ın əməkdaşına hadisə barədə məlumat verən 1991-ci il təvəllüdlü İsmayıl Yusifovun bacısı Vüsalə İbrahimova yayılan söz-söhbətlərin yalan olduğunu deyib:
"Biz heç bir nişan etməmişik. Rayon yerində qızı istəyənlər çox olur. Qardaşımla Sumayyə bir-birini istəyib. Hər ikisi də öz ailələrinə məlumat verib. Mən də bacı kimi ötən ilin oktyabr-dekabr ayları ərəfəsində tort bişirib qız evinə qonaq getmişəm.
Bildirmişəm ki, biz sizin qızınızı istəyirik. Ailə də razılaşıb. Qızın "həri"sini almışıq. Qızın 16 yaşı, oğlanın 30 yaşı var. Yaşının tamam olmasını gözləyirik. Ailəsi razılaşsa, 18 yaşında toyumuzu edib, qızımızı evimizə gətirəcəyik. Bu gün nə nişan edirik, nə də toy. Elə yazırlar ki, qızı elə bil 50 yaşında kişiyə verirlər. Belə söhbətlər etmək lazım deyil. Yayılan tort şəkli isə qız evi ilə tanışlığa gedən zaman aparılan tortun şəklidir, kimsə internetdə paylaşıb".
V.İbrahimova bu məsələdə bilib-bilmədən danışan, yanlış məlumat yayan insanlara da səslənib:
"Xahiş edirəm ki, qardaşım barədə işin nə olduğunu bilməyən insanlar fikir bildirməsin. Bu qədər söz-söhbət yaymaqdansa, əlaqə nömrəmizi tapıb, soruşmaq olardı. Bu, xoşagələn hərəkət deyil, evimizdə yaşlı insanlar var. Bu söhbətlərə görə narahat olublar".
10:35
Astarada 16 yaşlı qızı 30 yaşlı oğlanla nişanlayırlar.
BiG.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə özünün "Facebook" hesabında paylaşım edib.
Paylaşımda nişanın bu gün saat 14:00-da Astara rayonu Rüdəkənar kəndində baş tutacağı qeyd olunub:
"Məndə olan məlumata görə, saat 2-də nişandır. 16 yaşı hələ tamam olmayan (olsa nə olacaq ki...) Astara rayonu Rüdəkənar kəndinin sakini, 30.07.2005-ci il təvəllüdlü Məmmədova Sumayyənin 30 yaşlı Lənkəran sakini İsmayıl adlı şəxslə nişanı olacaq. Deyilənə görə, sabah qız toyudur.
Kəndin icra nümayəndəsi isə deyəsən məclisə çağırılmayıb, heç nədən xəbəri yoxdur. Qurban bayramında 16 yaşlı azyaşlını qurban deməzlər. İndi məsələ ictimailəşdikdən sonra açıqlama verəcəklər ki, "vallah ad edirik, toyunu yaşı tamam olanda edəcəyik".
Qeyd edək ki, bir neçə gün əvvəl Şəki rayonun Kiçik Dəhnə kəndində 15 yaşlı qızın 30 yaşlı kişiyə ərə verilməsi ilə bağlı məlumat yayılmışdı.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3478 Tarix: 21 iyul 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yeni ili ölkədə yoxsa xaricdə qeyd etmək daha sərfəlidir? - TURİZM EKSPERTİNDƏN AÇIQLAMA
Yeni ilə sayılı günlər qalır. Hər il olduğu kimi yeni ili evdə qeyd edənlərlə yanaşı əksər insanlar yeni ili müxtəlif rayonlarda və xaricdə qeyd etməyə üstünlük verir. Ölkə daxilində isə restoranlar, otel və istirahət mərkəzləri hər il olduğu kimi bayram öncəsi qiymətləri artırırlar. Bəs görəsən bu i
12:54 236 Tələbə universitetin mənfi II mərtəbəsinə yıxıldı - Xəstəxanalıq oldu
Azərbaycan Universitetində döşəmənin çökməsi, 18 yaşlı tələbənin yıxılaraq xəsarət alması ilə bağlı məlumat yayılıb. -a istinadən xəbər verir ki, hadisə nəticəsində tələbə döş qəfəsinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Hadisə ilə bağlı Azərbaycan Universitetindən "Qafqazinfo"nu
16:48 207 Məşhur aktrisa ikinci dəfə ana olub?
Sosial şəbəkədə aktrisa Ülviyyə Əliyeva ilə bağlı hamiləlik xəbərləri yayılıb. xəbər verir ki, aktrisa bu haqda açıqlama verib. "Afaqla onlar" verilişinə danışan Ülviyyə, iddiaları təkzib edib:. "Bu iddialara səbəb çox güman ki, sosial şəbəkədə uşaq bezini reklam etməyim olub. İnşalla
17:23 345 Merkeldən etiraf: Hökumətdə gender bərabərsizliyi var
Almaniya siyasətində gender bərabərsizliyinin mövcud olduğu, ölkənin siyasi həyatında kişilərin dominant mövqedə və sayca üstün olduğu bildirilir. türk mediasına istinadən xəbər verir ki, Almaniyanın keçmiş kansleri Angela Merkel bu barədə Frankfurter Allgemeine Zeitung qəzetinə verdiyi müsahibədə danışıb
18:15 115 Gültəkin Hacıbəyli Türkiyədən 5 illik deport olunur
Bir neçə gün öncə Türkiyədə saxlanılan sabiq deputat Gültəkin Hacıbəyli deportasiya olunacaq. "Qafqazinfo" xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edib ki, onun 5 il müddətinə deportasiya edilməsi ilə bağlı qərar artıq qəbul edilib. G.Hacıbəyli isə bu qərarl
20:37 10 İqlim könüllüləri istintaqa cəlb edildi
Finlandiyada isveçli iqlim fəalı Qreta Tunberq barəsində cinayət işi başlanılıb. xarici mediaya istinadən xəbər verir ki, bu barədə yerli "Helsingin Sanomat" qəzeti məlumat yayıb. Tunberq hüquq-mühafizə orqanlarının fəaliyyətinə mane olmaqda şübhəli bilinir. Hadisə 25 iyun 2024-cü ildə Helsinkini
11:24 358 Nazirin həmin videosu ilə bağlı - Rəsmi açıqlama
Maliyyə naziri Sahil Babayevin dekabrın 12-si Fəxri xiyabanı ziyarəti zamanı yayılan görüntüləri müzakirələrə səbəb olub. Videoda nazirin avtomobilinə doğru hərəkət edərkən vətəndaşlardan birinin ona yaxınlaşdığı və Sahil Babayevin probleminin həll olunmasını istəyən şəxsi yanındakı əməkdaşlara yönləndirməs
13:18 483 Vüqar Əhməd saxlanılıb? - Özü danışdı+Yenilənib
Tanınmış şair Vüqar Əhmədin saxlanıldığı bildirilir. "Qafqazinfo" xəbər verir ki, bu haqda məlumat yayıb. Məlumata görə, o, səhər saatlarında işə gedərkən saxlanılıb. Şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır. Xəbəri çalışdığı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunu
20:23 72 Prezidentdən amnistiya təşəbbüsü - 20 mindən çox şəxsə şamil olunacaq
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası sayəsində müstəqil Azərbaycan dövləti qurulub möhkəmlənib, Ulu Öndərin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini yaradıb. Ulu Öndərin siyasi kursunu
15:30 221