"Qarabağ"ın sabiq qapıçısı "Everton"a keçdi

"Qarabağ"ın sabiq qapıçısı "Everton"a keçdi"Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç karyerasını İngiltərənin "Everton" klubunda davam etdirəcək.

"Report"un məlumatına görə, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tvitter hesabında yazıb.

Onun sözlərinə görə, tibbi müayinədən uğurla keçən Bosniya və Herseqovina yığmasının 34 yaşlı qolkiperi ilə yaxın saatlarda rəsmi müqavilə imzalanacaq. Sözləşmənin müddəti 2 illikdir.

Qeyd edək ki, son klubu İngiltərə "Bornmut"u olan Asmir Beqoviç 2019-cu ildə "Qarabağ"ın formasını geyinib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 667   Tarix: 17 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti