Tehran Mənsimovun xidmət yeri dəyişdirildi
Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Şuşanın azadlığı uğrunda aparılmış döyüşlərin fəal iştirakçısı Tehran Mənsimovun xidmət yeri dəyişdirilib.
Modern.az saytının əldə etdiyi məlumata görə, bu yaxınlara kimi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Döyüş Hazırlığı və Tədris İdarəsinin rəisi vəzifəsində xidmət edən Tehran Mənsimov hazırda Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində çalışır.
Tehran Mənsimov 1972-ci il avqustun 24-də Qusar rayonunun Düztahir kəndində anadan olub. 1989-cu ildə orta məktəbi bitirib. 1990-1992-ci illərdə keçmiş sovet ordusu sıralarında qulluq edib. Daha sonra Azərbaycan Milli Ordusunda xidmətə başlayıb. Könüllü olaraq Birinci Qarabağ müharibəsinə yollanaraq, cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edib. Ardınca Ali Hərbi Məktəbdə təhsil alıb və ona leytenant rütbəsi verilib.
24 avqust 2011-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına daxil olub və 26 iyun 2013-cü ildə həmin akademiyanı fərqlənmə ilə bitirib.
Qarabağ bölgəsində taqım komandirliyindən briqada komandirliyinə kimi xidmət yolu keçib.
4 iyul 2013-cü ildən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda xidmətə başlayıb və Şahbuz rayonundakı hərbi hissənin komandiri olub.
Polkovnik Tehran Mənsimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan 44 günlük Vətən müharibəsində fəal iştirak edib. O, noyabrın 4-dən 8-nə qədər davam edən Şuşa döyüşlərində şəhərə girən ilk zabitlərdən olub. Bu döyüşlərdə qəhrəmanlıq nümayiş etdirib.
Tehran Mənsimov 2005-ci ildə "İgidliyə görə", 2017-ci ildə "Vətən uğrunda" medalları ilə təltif edilib.
Vətən müharibəsindəki qəhrəmanlığına görə 2020-ci ildə ona ölkə başçısının sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni verilib. Eyni zamanda o, "Şuşanın azad olunmasına görə" medalı ilə də təltif edilib.
Prezidentin 24 iyun 2021-ci il tarixli sərəncamları ilə Tehran Mənsimova "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları verilib.
Tehran Mənsimovun hazırda xidmət etdiyi Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti 16 mart 2020-ci il tarixində yaradılıb. Həmin tarixdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib. Ləğv edilən qurumun əsasında isə aşağıdakı 3 dövlət orqanı yaradılıb:
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti;
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2266 Tarix: 25 iyun 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İnsanlar niyə sosial şəbəkələrdə real həyatda olduqları kimi deyillər? - PSİXOLOQDAN AÇIQLAMA
Son vaxtlar insanlar sosial şəbəkələrdə real həyatda olduqları kimi deyil, özlərini sanki dəbdəbəli həyat tərzi sürürmüş kimi göstərirlər. Qohumlara, dostlara acıq vermək, onlara öz sosial şəbəkələr üzərindən qiymətli əşyaları göstərmək, komfortlu həyatlarını nümayiş etdimək insanlar arasında adi ha
12:39 151 Almaniyada təyyarə qəzası: Pilot ağır xəsarət aldı
Almaniyanın Mannheim şəhərində pilotun ağır yaralanması səbəbindən təyyarə təcili eniş edib. xarici mediaya istinadən xəbər verir ki, hadisə şəhərin əsas yanğınsöndürmə məntəqəsinin yaxınlığında baş verib. Təyyarənin qapısı açılmadığından xilasedicilər göyərtədəki üç nəfəri çıxarmağa məcbur olublar
19:00 96 Türkiyənin hər yerində Bibliyada deyilən nəhəng torpaq çökəklikləri yaranır
Türkiyənin müxtəlif bölgələrində torpağın iri miqyaslı çökmələri getdikcə daha tez-tez müşahidə olunur. Bu çökəkliklərin bəzilərinin dərinliyi onlarla, hətta yüzlərlə metrə çatır. Ən xurafatçı insanlar bunu ali qüvvələrin əlaməti kimi dəyərləndirir və hətta Bibliya peyğəmbərliklərini xatırladırlar. Laki
11:40 462 Balakəndə ağır qəza - Ölən və yaralananlar var
Balakən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 17 radələrində Talalar kəndi ərazisində olub. Belə ki, "VAZ-2106" və "VAZ-21015" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ-2106"nın sürücüsü, 30 yaşlı Əyyu
20:41 17 Nazirin həmin videosu ilə bağlı - Rəsmi açıqlama
Maliyyə naziri Sahil Babayevin dekabrın 12-si Fəxri xiyabanı ziyarəti zamanı yayılan görüntüləri müzakirələrə səbəb olub. Videoda nazirin avtomobilinə doğru hərəkət edərkən vətəndaşlardan birinin ona yaxınlaşdığı və Sahil Babayevin probleminin həll olunmasını istəyən şəxsi yanındakı əməkdaşlara yönləndirməs
13:18 485 Sərhəd döyüşləri zamanı Tayland Kambocanı təxliyə etməyə çağırdı
Tayland və Kamboca arasında davam edən sərhəd döyüşləri zamanı Tayland ordusu Ukrayna istehsalı olan BTR-3E zirehli personal daşıyıcısından imtina edib. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Osveditel Telegram kanalı məlumat yayıb. Qeyd edilir ki, Tayland ordusu eskalasiya ehtimalını əsa
19:45 81 Sabah hava necə olacaq?
Dekabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir
12:51 222 Prezidentdən amnistiya təşəbbüsü - 20 mindən çox şəxsə şamil olunacaq
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası sayəsində müstəqil Azərbaycan dövləti qurulub möhkəmlənib, Ulu Öndərin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini yaradıb. Ulu Öndərin siyasi kursunu
15:30 223 Vüqar Əhməd saxlanılıb? - Özü danışdı+Yenilənib
Tanınmış şair Vüqar Əhmədin saxlanıldığı bildirilir. "Qafqazinfo" xəbər verir ki, bu haqda məlumat yayıb. Məlumata görə, o, səhər saatlarında işə gedərkən saxlanılıb. Şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır. Xəbəri çalışdığı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunu
20:23 79