Azərbaycan Avtomobil Federasiyasına AĞIR İTKİ - FOTO
Azərbaycan Avtomobil Federasiyasına ağır itki üz verib.
Məlumatda bildirilib ki, Federasiyanın əməkdaşı Məmmədov Səxavət Səfər oğlu 24 iyun 2021-ci il tarixində axşam saatlarında Azərbaycan Avtomobil Federasiyasına məxsus yük avtomobili ilə hərəkət edərkən Nərimanov rayonu ərazisində digər avtomobildəki tanımadıqları şəxslər tərəfindən hücuma məruz qalıb.
Federasiyaya məxsus yük avtomobili 20 Yanvar dairəsi yaxınlığında hərəkət edərkən digər avtomobildə olan şəxslərlə yol hərəkəti zəminində mübahisə baş verib. Daha sonra digər avtomobildəki şəxslər nəqliyyat vasitəsini Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsinədək təqib edib, avtomobilin qarşısını qanunsuz olaraq kəsib, zor tətbiq etməklə Səxavət Məmmədovu avtomobildən enməyə məcbur edib, ona və onun sərnişini olan Federasiyanın digər əməkdaşına hücum edərək ağır zərbələr endiriblər. Səxavət Məmmədov hadisə nəticəsində qətlə yetirilib. Hücum edən 3 nəfər şəxs idarə etdikləri avtomobili hadisə yerində qoyaraq qaçıblar. Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Qeyd edilib ki, Səxavət Məmmədov ailəli və iki azyaşlı uşaq atası idi. Mərhum 2014-cü ildən Azərbaycan Avtomobil Federasiyasında çalışırdı. Peşəkarlığı, işğüzarlığı, mehribançılığı və təvəzökarlığı ilə kollektivin hörmətini qazanan Səxavət Məmmədov Federasiyanın nümunəvi əməkdaşlarından idi.
Baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Avtomobil Federasiyası mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1269 Tarix: 25 iyun 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yeni ili ölkədə yoxsa xaricdə qeyd etmək daha sərfəlidir? - TURİZM EKSPERTİNDƏN AÇIQLAMA
Yeni ilə sayılı günlər qalır. Hər il olduğu kimi yeni ili evdə qeyd edənlərlə yanaşı əksər insanlar yeni ili müxtəlif rayonlarda və xaricdə qeyd etməyə üstünlük verir. Ölkə daxilində isə restoranlar, otel və istirahət mərkəzləri hər il olduğu kimi bayram öncəsi qiymətləri artırırlar. Bəs görəsən bu i
12:54 236 Tələbə universitetin mənfi II mərtəbəsinə yıxıldı - Xəstəxanalıq oldu
Azərbaycan Universitetində döşəmənin çökməsi, 18 yaşlı tələbənin yıxılaraq xəsarət alması ilə bağlı məlumat yayılıb. -a istinadən xəbər verir ki, hadisə nəticəsində tələbə döş qəfəsinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Hadisə ilə bağlı Azərbaycan Universitetindən "Qafqazinfo"nu
16:48 207 Məşhur aktrisa ikinci dəfə ana olub?
Sosial şəbəkədə aktrisa Ülviyyə Əliyeva ilə bağlı hamiləlik xəbərləri yayılıb. xəbər verir ki, aktrisa bu haqda açıqlama verib. "Afaqla onlar" verilişinə danışan Ülviyyə, iddiaları təkzib edib:. "Bu iddialara səbəb çox güman ki, sosial şəbəkədə uşaq bezini reklam etməyim olub. İnşalla
17:23 345 Merkeldən etiraf: Hökumətdə gender bərabərsizliyi var
Almaniya siyasətində gender bərabərsizliyinin mövcud olduğu, ölkənin siyasi həyatında kişilərin dominant mövqedə və sayca üstün olduğu bildirilir. türk mediasına istinadən xəbər verir ki, Almaniyanın keçmiş kansleri Angela Merkel bu barədə Frankfurter Allgemeine Zeitung qəzetinə verdiyi müsahibədə danışıb
18:15 115 Gültəkin Hacıbəyli Türkiyədən 5 illik deport olunur
Bir neçə gün öncə Türkiyədə saxlanılan sabiq deputat Gültəkin Hacıbəyli deportasiya olunacaq. "Qafqazinfo" xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edib ki, onun 5 il müddətinə deportasiya edilməsi ilə bağlı qərar artıq qəbul edilib. G.Hacıbəyli isə bu qərarl
20:37 10 İqlim könüllüləri istintaqa cəlb edildi
Finlandiyada isveçli iqlim fəalı Qreta Tunberq barəsində cinayət işi başlanılıb. xarici mediaya istinadən xəbər verir ki, bu barədə yerli "Helsingin Sanomat" qəzeti məlumat yayıb. Tunberq hüquq-mühafizə orqanlarının fəaliyyətinə mane olmaqda şübhəli bilinir. Hadisə 25 iyun 2024-cü ildə Helsinkini
11:24 358 Nazirin həmin videosu ilə bağlı - Rəsmi açıqlama
Maliyyə naziri Sahil Babayevin dekabrın 12-si Fəxri xiyabanı ziyarəti zamanı yayılan görüntüləri müzakirələrə səbəb olub. Videoda nazirin avtomobilinə doğru hərəkət edərkən vətəndaşlardan birinin ona yaxınlaşdığı və Sahil Babayevin probleminin həll olunmasını istəyən şəxsi yanındakı əməkdaşlara yönləndirməs
13:18 483 Vüqar Əhməd saxlanılıb? - Özü danışdı+Yenilənib
Tanınmış şair Vüqar Əhmədin saxlanıldığı bildirilir. "Qafqazinfo" xəbər verir ki, bu haqda məlumat yayıb. Məlumata görə, o, səhər saatlarında işə gedərkən saxlanılıb. Şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır. Xəbəri çalışdığı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunu
20:23 72 Prezidentdən amnistiya təşəbbüsü - 20 mindən çox şəxsə şamil olunacaq
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası sayəsində müstəqil Azərbaycan dövləti qurulub möhkəmlənib, Ulu Öndərin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini yaradıb. Ulu Öndərin siyasi kursunu
15:30 221