Qadını çarpayıya bağlayıb başını qırxdı - AZƏRBAYCANDA ŞOK HADİSƏ

Qadını çarpayıya bağlayıb başını qırxdı - AZƏRBAYCANDA ŞOK HADİSƏYevlax rayon Məhkəməsində ötən ilin 2 dekabr tarixində rayonun Kür küçəsində yaşayan 1983-cü il təvəllüdlü Natiq Səmədovun (şərti) həyat yoldaşı Jalə Səmədovaya (şərti) işgəncə verməsi faktı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BiG.AZ xəbər verir ki, Natiq Səmədov barəsində Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə - işgəncə etməklə törədildikdə) maddəsi ilə açılmış işin materiallarından məlum olub ki, hadisə qısqanclıq zəminində baş verib.

2007-ci ildə evləndiyi və birgə nikahdan 3 övladının olduğu xanımının başqa şəxslə danışmasından şübhələnən Natiq onu izləməyə başlayıb. O, 2019-cu ildə Yeni il ərəfəsində yoldaşına smartfon tipli telefon hədiyyə edib. Bir müddət sonra Natiq Jalənin hərəkətlərindən şübhələnməyə başlayıb, lakin onun telefonunda iz tapa bilməyib. Keçən ilin 2 dekabrında isə o, həyat yoldaşınnı işdən evə gələndə yataq otağına keçərək çarpayının alt hissəsinə nə isə qoyub gizlətdiyini görüb. Dərhal içəri daxil olan kişi oradakı əşyaları götürüb. Məlum olub ki, Jalə həyat yoldaşının bilmədiyi mobil telefon nömrəsini və 7 nömrə yazılmış kağız parçasını gizlətməyə çalışır. Bundan sonra ailədə münasibətlər daha da kəskinləşib. Natiq Jalədən kiminlə danışdığını soruşub və kağızda olan nömrələrə bir-bir zəng edib. Lakin cavab verən şəxslər onun həyat yoldaşı ilə münasibətlərinin olmadığını deyiblər. Buna baxmayaraq Natiq Jaləni sorğu sual-etməyə cavab verib. Qadının ona məlumat vermədiyini görən şəxs daha sonra şarf və tozsovuranın naqili ilə onu çarpayıya bağlayaraq döyüb, həmçinin bədəninə yanıq xəsarətləri yetirib. O, qayçı götürərək həyat yoldaşının saçını səliqəsiz formada kəsib. Bu zaman qadın çırpınaraq müqavimət göstərib və qayçı onun başına xəsarət yetirib.

Jalənin başından qan axdığını görən Natiq ona işgəncə verməyi dayandırıb və tibbi yardım göstərib.

Hadisədən 1 gün sonra Jalə qohumlarına zəng edərək əri tərəfindən döyüldüyünü bildirib və polisə şikayət edib.

Məhkəmə prosesində o, Natiqdən şikayətçi olmadığını bildirib. Məhkəmə N.Səmədovu 2 il müddətinə şərti cəzaya məhkum edib və o, sərbəst buraxılıb./Publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2535   Tarix: 24 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda evdən yeddi min manatlıq OĞURLUQ

Bakıda ev qarət olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Hövsan qəsəbəsi ərazisində evlərin birindən 700 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərl

14:57 0
.

Həbsdə olan generalın müraciəti geri qaytarıldı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı məhkəməyə müraciət edib. APA xəbər verir ki, bu gün Xəzər rayon Məhkəməsində keçirilən prosesdə Elçin Quliyevin məntəqə tipli cəzaçəkmə müəssisəsin

03.05.2024 400
.

İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digə

14:09 97
.

Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Prezidenti Volodimir Zelenski axtarışa verib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "Vladimir Aleksandroviç Zelenski, 25.1.1978. Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışdadır", - deyə Rusiya Daxili İşlər Nazirliyinin paylaşımınd

16:48 0
.

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarını

16:50 0
.

Sabah Bakıda bəzi küçələr bağlı olacaq - SİYAHI

"Bakı Marafonu 2024" ilə əlaqədar sabah səhər saat 09:00-dan 14:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkət tam məhdudlaşdırılacaq. Bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi məlumat yayıb. Bildirilib ki, Bayra

15:24 0
.

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - VİDEO

Xalq artisti Afaq Bəşirqızının bu yaxınlarda iştirak etdiyi verilişlərdən birində səsləndirdiyi fikirlər böyük müzakirələrə səbəb olub. O, xanımlara səslənərək işi, savadı və evi olmayan oğlanla ailə həyatı qurmamağı məsləhət görüb. Verilişdəki tamaşaçılar onun sözlərini alqışlarla qarşılasalar da, Xal

10:31 419
.

Aybəniz Haşımova: "Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi" (VİDEO)

Əməkdar artist Aybəniz Haşımova maraqlı açıqlaması ilə diqqət çəkib. Qaynarinfo xəbər verir ki, sənətçi dünyanın məşhur turizm və kurort zonası olan Maldivə bir daha getmək istəmədiyini bildirib. Buna səbəb adadakı böyük kərtənkələlərin ifaçını qorxutması olub. Haşımova bu barədə qonaq olduğu verilişlərdə

11:10 283
.

Norveçli səyahətçi: Qarabağda minalardan çirklənmənin nə qədər ciddi olduğunu təsəvvür edə bilməzdim

Qarabağda mina çirklənməsinin səviyyəsini ancaq bura gəlməklə dərk etmək olar, çoxları bunu şişirtmə kimi qəbul edir. "Report" xəbər verir ki, bunu norveçli səyahətçi Ulyerqen Vastveyt bildirib. "Mən heç təsəvvürümə də gətirmirdim ki, bu qədər mina basdırılıb, Qarabağda minalardan çirklənm

16:40 0