"Üzündə gülənlər, arxanca danışanlar sənətidir bu"

"Üzündə gülənlər, arxanca danışanlar sənətidir bu"Xalq artisti Samir Cəfərov "Üzə-düz" Verilişində qonaq olub.

BiG.AZ xəbər verir ki, sənətçi veriliş zmanaı bir sıra açıqlamalrı ilə diqqət çəkib. O, sənətdən və həmkarlarından gileylənib:

"Bir də şansım olsa, heç vaxt bu sənəti seçmərəm. Çox çətin sənətdir. Paxıllıqlar və s. Düzdür, bu, bütün sahələrdə var amma bizim sənətdə daha çoxdur. Üzündə gülənlər, arxanca danışanlar sənətidir bu. Bu camiyədə vijdanli, şərəfli olmaq təəssüf ki, kök altındadır. Baxmayaraq ki, Xalq Artistiyəm. Bax, bu nüanslara görə hərdən bu sənətdən uzaqlaşmaq istəyirəm. Qəlbimi qırırlar amma hər kəsin öz qisməti var. Heç kim qismətindən artığını görmür. Qismət həm də insanın xarakteridir. Xarakterdə yaltaqlıq, xəyanət varsa, o da bir qismətdir. Ad üçün çalışmadım. Sənət üçün çalışdım. Mənə deyirlər, Rəşidin, Bülbülün davamçısı. O sözdən heç xoşum gəlmir. O sözü deyən adam Rəşidə də, Bülbülə də çox böyük hörmətsizlik edir. Davamçı o deməkdir ki, o hansı işi yarımçıq qoyub, onu davam etdirirlər. Mən o fikirlə razı deyiləm. Diktor Rafiq Hüseynov, Roza Cəlilovanın davamçısı ola bilməz! Onlar heç bir işi yarımçıq qoymayıb".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 409   Tarix: 23 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş