Ərdoğan Makronla Qarabağı müzakirə edəcək

Ərdoğan Makronla Qarabağı müzakirə edəcəkTürkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa prezidenti Emmanuel Makron NATO-nin iyunun 14-də Brüsseldə keçiriləcək sammiti ərəfəsində Qarabağ, Suirya və Livanda yaranmış vəziyyəti müzakirə etmək niyyətindədir.

BiG.AZ xəbər verir ki, bu barədə Fransa rəhbəri Parisdə keçirdiyi mətbuat konfransında bildirib.

"NATO sammiti ərəfəsində Türkiyə Prezidenti ilə birbaşa görüşüm olacaq. Bu, bir sıra mövzularda fikir mübadiləsi aparmaq üçün yaxşı fürsətdir", - deyə Makron bildirib. "Bizim dərin fərqlərimiz var, bunları bilirik, amma inanıram ki, dialoq aparmaq lazımdır", Fransa rəhbəri deyib./"Report"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 439   Tarix: 10 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş