Şəkidə 9 yaşlı uşağı avtomobil vurdu, vəziyyəti ağırdır

Şəkidə 9 yaşlı uşağı avtomobil vurdu, vəziyyəti ağırdırŞəkidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BiG.AZ "Report"a istinadən xəbər verir ki, hadisə Şəki şəhərində qeydə alınıb.

Avtomobil yolu keçən 2012-ci il təvəllüdlü Haqverdizadə Şahin Çingiz oğlunu vurub. Yaralı əvvəlcə Şəki Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozları qoyulub. Azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 707   Tarix: 10 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş