"Çox istədim yasa gəlim, bacarmadım" - Afaq Bəşirqızı küsülü olduğu Ramiz Əzizbəyli haqda

"Çox istədim yasa gəlim, bacarmadım" - Afaq Bəşirqızı küsülü olduğu Ramiz Əzizbəyli haqdaXalq artisti Afaq Bəşirqızı "Elgizlə izlə" proqramına zəng edərək ötən gün dünyasını dəyişən həmkarı Ramiz Əzizbəyli ilə bağlı xatirələrini bölüşüb.

BiG.AZ xəbər verir ki, bir müddət əvvəl aralarında qalmaqal yaşanan aktyorlar küsülü idi. A.Bəşirqızı bildirib ki, R.Əzizbəylinin yas mərasiminə getmək istəsə də, sonradan fikrini dəyişib. Aktrisa R.Əzizbəylinin "Bəxt üzüyü" filmindən söz açıb:

"Bir yerdə işlədik, tarixi film yaratdıq. Əsl komediyanı və tragikomediyanı yaratdıq. Vaqif Səmədoğluna Allah rəhmət eləsin ki, bu pyesi yazdı. Ramizə təşəkkür edirəm ki, bu filmi çəkdik və xalq üçün qaldı. Ramiz qısa müddətdə məşhurlaşdı, xalqın sevimlisinə çevrildi. Çox sevirdi şöhrəti. İstəyirdi onu yadda saxlasınlar. Ramiz kinostudiyada can qoymuşdu: mozalan, dublyaj, filmlərdə epizotik rollar. "Bəxt üzüyü" onun Allah tərəfindən vergisi, şöhrəti oldu. Zəhmətlə yaranan filmdir. Yayın istisində, quraqlıqda çəkildi.

Bilirəm ki, məqsədin nədir. Ona qarşı hörmətsizlik etməmişəm. Sizə deyim ki, o məndən addım gözləyirdi. Barışıq istəyirdi. O, kin saxlaya biləcək adam deyildi. Mənim Heydər Əliyev Sarayında 3 saatlıq konsertimi təmənnasız apardı. Artıq "Bəxt üzüyü" çəkilmişdi, işimiz qalmamışdı. Buna baxmayaraq, gəldi və apardı. Heç vaxt yaddan çıxarmaram.

Utansın o kəslər ki, ona yalan sualı verib. Onun əsəbi halına gəldilər. Əgər bizim münasibətimiz yaxşı olsaydı, indi Ramiz iki film çəkmişdi. "Varlı qadın"ı çəkmək istəyirdi. Hələ "Bəxt üzüyü"ü çəkiləndə mənimlə danışmışdı. Mən onun yanında olsaydım, o filmi çəkəcəydik. Oldu, keçdi. Halal xoşu olsun. Ən azından o filmi çəkərkən kəsdiyim o çörək, bulki naminə heç vaxt onu pis görməmişəm. Allah o dünyasını versin. Tarixlərdə, yaddaşlarda, ürəklərdə qaldı. Hər zaman "Bəxt üzüyü" göstəriləndə onun adını çəkəcəyik.

Çox istədim gəlim yas yerinə, amma olmaz, bacarmadım. İstedadlı bir insan kimi getdi bu dünyadan. İnsanlara demək istəyirəm ki, hansısa hərəkəti etmək istəyəndə axmaq şöhrəti yox, insan taleyini fikirləşin. Burdan bir Ramiz keçdi".

Qeyd edək ki, hər iki sənətkarın bir-birinə düşmən kəsilməsinə səbəb 1991-ci ildə Ramiz Əzizbəylinin rejissorluğu ilə lentə alınan "Bəxt üzüyü" filmi olub. Ekran əsərində baş rolu ifa edən Afaq Bəşirqızının "Bəxt üzüyü" mənə görə baxılır" deməsi tərəfləri üz-üzə qoyub, onlar arasında qalmaqal yaşanıb. Qəzəblənən Ramiz Əzizbəyli cavab olaraq, aktrisanı nankorluqda ittiham etmişdi./Axşam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2061   Tarix: 10 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914