Burun əməliyyatından sonra ölən qadınla bağlı YENİ FAKTLAR - VİDEO

Burun əməliyyatından sonra ölən qadınla bağlı YENİ FAKTLAR - VİDEOBu görüntülər "Azər-Türk Med" klinikasının təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.

Lent.az APA TV-ə istinadən xəbər verir ki, kadrlarda gördüyünüz şəxslər mayın 11-də sözügedən klinikada rinoplastika əməliyyatı keçirən və dörd gün sonra ölən Arzu Süleymanovanın qohumlarıdır.

Onlar klinikanın rəhbərliyini və əməliyyatı keçirən cərrahı səriştəsizlikdə ittiham edirlər:

Mərhumun bacısı Könül Kazımova deyir ki, ona xəbər veriləndə artıq bacısının beyninə qan sızıbmış: "Mən ora gedən dedilər ki, artıq beyninə qan sızıb. Dedilər ki, istəyirsinizsə, aparın neyrocərrahiyyədə saxlayaq. Burada reanimasiya şöbəsi yoxdur, burada xəstəyə heç cür köməklik göstərilməyəcək. Yəni orada hər şərait var. Bunlar özləri təcili yardım çağıraraq bacımı neyrocərrahiyyəyə çatdırdılar. İki gün yarım qalır orada. Elə neyrocərrahiyyəyə çatanda mənim bacım artıq ölmüşdü. Bunlar isə onu aparata qoşmuşdular. Yəni ki, ölümünü bildirmirdilər bizə".

Plastik əməliyyatdan sonra dünyasını dəyişən Arzu Süleymanova məhz burada, qarşısında dayandığımız "Azər-Türk Med" Klinikasında əməliyyat olunmuşdu. Biz də hadisəni araşdırmaq məqsədilə sözügedən klinikaya gəlmişik.

Klinikanın baş həkimi Fərhad İbrahimov bildirib ki, sözügedən əməliyyat mərhum Arzu Süleymanovanın "Azər-Türk Med" klinikasında keçirdiyi ilk belə əməliyyat deyil. Arzu xanım 2020-ci ilin sentyabrında da eyni həkim tərəfindən rinoplaskiya əməliyyatı olunub. Əməliyyatdan sonra burnunun xarici görünüşündən narazı qalan Arzu Süleymanova yenə təkrar əməliyyat olunmaq istəyib. Bu zaman klinika ona pulsuz əməliyyat olunmağı təklif edib.

Əməliyyatı həyata keçirən plastik cərrah Qumru Hüseynzadə bildirir ki, onun Arzu Süleymanova üzərində keçirdiyi əməliyyat normal şəkildə baş tutub və pasiyentin ölümünə səbəb AVM - arteriovenoz malformasiyadır:

"Rinoplastika əməliyyatı öncəsi müayinələrdə beyin müayinəsi yoxdur. Dünyanın heç bir tibb protokolunda belə bir şey yoxdur. Onu biz etməli deyilik. Bu, nadir rastlanan damar patologiyasıdır. O da Arzu xanımda qeyd olunubdur. Rinoplastika burunda icra olunur və burunun ətrafında həyati əhəmiyyətli vacib bir orqan yoxdur. Yəni əməliyyatın fəsadı olaraq qansızma baş verə bilməzdi. Məsələn, əməliyyatın fəsadı olaraq pasiyentdə qanaxma olsaydı, travma olsaydı, başqa məsələ. Kompüter tomoqrafiyada xəstənin kəllə sümüklərində heç bir travmaya rast gəlinməyib. Əməliyyatdan sonra da qanaxma olmayıb. Bizim əməliyyatın heç bir fəsadı yoxdur. Biz onun AVM-inin olmasını bilmirdik və onu heç kim bilə bilməzdi. Xəstədə arteriovenoz malformasiyanın qanaması baş verdi. Bunun nəticəsində də xəstə dünyasını dəyişdi".

"Norma" Hüquq Mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev deyir ki, belə hallar zamanı əsasən klinikanın həmin əməliyyatı keçirməyə müvafiq avadanlığının olması, əməliyyatı həyata keçirən həkimin həqiqətən də ixtisaslı həkim olması kimi məsələlərə baxılmalıdır: "Ölümlə bu əməliyyat arasında səbəbli əlaqə müəyyən edilərsə və bu səbəbli əlaqə nəticəsində xəstənin ölümü baş verərsə, yəni xəstənin ölümünün həkimin səhvi nəticəsində baş verdiyi sübut olunarsa, bu halda həkimin barəsində Cinayət Məcəlləsinin 314-cü maddəsi ilə, yəni səhlənkarlıq, vəzifəli şəxsin öz işinə layiqi diqqət göstərməməsi, laqeyd yanaşması nəticəsində şəxsin ölməsi və digər ağır nəticələrə səbəb olmasına görə 2 ildən 5 ilə qədər azadlığın məhdudlaşdırılması və 5 ilə qədər azadlıqdan məhrumetmə növündə cəza təyin oluna bilər".

Hüquqşünas deyir ki, hazırda həkim səhlənkarlığı səbəbi ilə baş verən ölüm hallarına görə nadir hallarda həkimlərin məsuliyyətə cəlb olunmasına rast gəlinir: "Azərbaycanda həkim səhlənkarlığı ilə bağlı olan cinayət işlərinin 98-99%-i, demək olar ki, mütləq əksəriyyəti həkimlərin xeyrinə həll edilir. Bunun da bir səbəbi ondan ibarətdir ki, məhkəmə-tibb ekspertiza idarəsi Azərbaycanda bir dənədir və o da Səhiyyə Nazirliyinin tabeliyindədir. Orada işləyən həkimlər də Səhiyyə Nazirliyinə tabedirlər. İndi yeni TƏBİB yaradılıb və bəzi həkimlər TƏBİB-in nəzarətindədir. Yəni bu iki ziddiyyətli məqam eyni mərkəzi icra orqanında - Səhiyyə Nazirliyində araşdırılır".

Qeyd edək ki, mayın 11-də "Azər-Türk Med" klinikasında keçirdiyi plastik əməliyyatdan sonra Arzu Süleymanovanın səhhəti kəskin pisləşib. Daha sonra o, yerləşdirildiyi Respublika Neyrocərrahiyyə Xəstəxanasında mayın 15-də vəfat edib. Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2280   Tarix: 09 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qərb ölkələrində qadın cinayətlərinə görə ömürlük həbs cəzası verilir... Bəs ölkəmizdə niyə cəzalar artırılmır?

Niderland, Belçika kimi Avropa ölkələrində qadın cinayətləri ayrıca keteqoriya olaraq hesab edilir və buna görə ağır cəzalar verilir. İtaliya isə qadını öldürən şəxsi ömürlük həbs cəzasına məhkum edir. Ölkəmiz isə dünyada qadın cinayətlərinə görə ən az həbs cəzası verilən ölkələrdəndir. Bizdə qadın cinayətin

15:03 349
.

Salyanda yol qəzasında ölən sürücü hərbçi imiş

Bu gün səhər saatlarında Salyanda baş verən yol-nəqliyyat hadisəsində sürücü həyatını itirib. -ın "Unikal"a istinadən məlumatına görə, qəzada ölən 37 yaşlı İbrahimov Zeyqəm Kamil oğlu hərbçi olub. Mərhum Vətən müharibəsində iştirak edib

11:58 274
.

Xəlil Göyüşov şadlıq sarayında camış ətinin verilməsindən danışdı: "AQTA-nın açıqlaması qərəzlidir..."

"Körpü-Bina-Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşov sahibi olduğu "Ramin-Nur" şadlıq sarayında camış ətini dana əti adı ilə təqdim olunaraq istehlakçıların aldadılmasından danışıb. İş adamı Qaynarinfo-ya açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumatdan naraz

12:24 246
.

Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA

Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ

16:29 207
.

"Elşən Gülşən"də bu nöqsanlar aşkarlandı - Fotolar

Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən "Elşən Gülşən" ticarət mərkəzində nöqsanlar aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Belə ki, baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı

14:04 245
.

Gənclər risk altındadır: elektron siqaretlərə qarşı sərt tədbirlər vacibdir

"Elektron siqaretlər mütləq şəkildə qadağan edilməlidir. Çünki bu məhsullar müxtəlif kimyəvi maddələrdən istifadə olunmaqla hazırlanır. Bu isə onların ənənəvi tütün siqaretlərindən daha zərərli olması ehtimalını artırır. Adi tütünün zərərli olduğu danılmazdır, lakin onun tərkibi məlumdur və bitk

15:19 187
.

Dostlarını yığıb 56 yaşlı kişinin başını kəsdi

Hindistanın Carxand ştatında üç gənc təhqirə görə kişinin başını kəsiblər. xarici mediaya istinadla bildirir ki, 56 yaşlı Karinath Luqunun başı kəsilmiş cəsədi dekabrın 16-da meşəlik ərazidə aşkarlanıb. Polisin versiyasına görə, o, kənd yarmarkasından evə qayıdarkən üç dost qarşısını kəsib. Hadisə il

19:45 65
.

Stomatoloqlardan pul tələb edən şəxslər tutuldu - Foto

Balakəndə özünü jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıblar. "Qafqazinfo" xəbər verir ki, rayonda özlərini jurnalist kimi tanıdan iki nəfərin vətəndaşlardan hədə-qorxu ilə pul tələb etmələri barədə polisə məlumat daxil olub. Balakən RPŞ-nin keçirdiyi tədbirlərl

13:02 292
.

Prokuror Vardanyanın ömürlük həbsini tələb etdi

Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-i davam etdirilib

13:58 206
.

TOP MP3