Son aylarda dünyasını dəyişən məşhurlarımız - SİYAHI

Son aylarda dünyasını dəyişən məşhurlarımız - SİYAHI2021-ci il girəndən Azərbaycan mədəniyyətinə bir çox itki üz verib. Bir qisim sənətçi koronavirusdan, kimi digər xəstəliklərdən, kimisi isə əcəli ilə bu dünyadan köçüb...

BiG.AZ Sfera.az-a istinadən son aylarda dünyasını dəyişən mədəniyyət-incəsənət nümayəndələrini təqdim edir:

Bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli – BDU-nun Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru olan 59 yaşlı bəstəkar ürək tutmasından dünyasını dəyişib. O, Qurd qapısı qəbiristanlığında, həyat yoldaşı Hikmət Mirməmmədli və oğlunun yanında torpağa tapşırılıb.

Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev – Daha öncə də insult keçirən 80 yaşlı kinorejissor müalicə aldığı özəl xəstəxanada həyatını itirib. Xalq artisti öz vəsiyyətinə uyğun olaraq "Qurd qapısı" qəbiristanlığında, həyat yoldaşının yanında dəfn edilib.

Rəmiş kimi tanınan xalq artisti, məşhur gitara ifaçısı, Rafiq Hüseynov – O, bir müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi. Ciyərlərində problem yaranan Rəmiş yanvarın 28-də Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişi ilə xəstəxanaya yerləşdirilmişdi. Ancaq onun həyatını xilas etmək mümkün olmadı. Rəmiş "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.

Əməkdar artist Baloğlan Əşrəfov – O, koronavirusa görə dünyasını dəyişən məşhurlardandır. 69 yaşlı müğənni yaşı səbəbindən xəstəliyi ağır keçirirdi. Onu da əlavə edək ki, Baloğlan Əşrəfov 2007-ci ildə qaraciyər serrozundan əziyyət çəkdiyi üçün Türkiyədə əməliyyat olunmuşdu. Uzun müddət orada müalicə alan sənətkara qaraciyər köçürülmüşdü. B.Əşrəfov doğulduğu Masallı rayonunun Bədalan kəndində doğmalarının məzarı yanında torpağa tapşırılıb.

Müğənni Aslan Hüseynov – 55 yaşlı ifaçı yol-nəqliyyat hadisəsi zamanı vəfat edib. Belə ki, müğənni Qaradağ rayonunda ağır yol-nəqliyyat qəzasına düşüb. Hadisə zamanı Aslan Hüseynovun idarə etdiyi avtomobil "KamAz"a çırpılıb. Bu zaman müğənni və yanındakı şəxs həyatını itirib. O, Gəncə şəhərində dəfn olunub.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq şairi Fikrət Qoca – 85 yaşlı şair Birinci Fəxri xiyabanda dəfn olunub.

Xalq artisti, aktyor Arif Quliyev – Aktyorun ölümünə səbəb koronavirus olub. Onun ağ ciyərinin 90 faizi zədələndiyi üçün bir neçə gün idi süni tənəffüs aparatına qoşulmuşdu. Xalq artisti "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Azərbaycanın xalq şairi Musa Yaqub - O, mayın 7-də İsmayıllı rayonunda 84 yaşında dünyasını dəyişib. Şair Parkinson xəstəliyindən əziyyət çəkirdi.

Allah rəhmət eləsin!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3782   Tarix: 10 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104