Əri Naibə Allahverdiyevanı döyür?

Əri Naibə Allahverdiyevanı döyür?ARB kanalında yayımlanan "Elgizlə izlə" verilişində gərgin anlar yaşanıb.

BiG.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, verilişə müraciət edən qadın həyat yoldaşının onu döyməsindən, müxtəlif əziyyətlər verməsindən danışıb. Verilişdə ekspert qismində iştirak edən Xalq artisti Naibə Allahverdiyeva bu sözləri deyib:

"Heç kəsin ailəsinin dağılmasını istəmərəm. Amma bir şeyi də başa düşürəm ki, bir dəfə qalxan əl yenə, daha çox qalxacaq sənə. Biz dünya görmüş insanlarıq. Ətrafımızda da bu hal baş verib, başımıza da gəlib. Əgər səni bir dəfə təhqir edirsə, qədrini bilmirsə, bu hal hər zaman təkrarlanacaq. Kişilərin çox şirin dili var. İnsanı dəyişəcəklərinə inandırırlar. Ancaq onlar heç vaxt dəyişmirlər. Bu faktın şahidi mənəm. Çox belə hadisələr görmüşəm. Mən bunları çox gözəl bilirəm, çünki bir ömür yaşamışam, bilirəm bu şeyləri."

Aparıcının "Bir dəfə danışmışdınız nələrinsə olması barəsində. Yenə davamlı o hallar baş verir? Sənin üzülməyinə pis oluram, kiminsə səni üzməyə ixtiyarı yoxdur. Bir dostun kimi buna imkan vermərəm. Yetər artıq!" sözlərinin müqabilində isə Xalq artisti susub.

Verilişdən olan həmin hissəni təqdim edirik:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 11748   Tarix: 08 may 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş