Apreldə yatıb "YENİ İLDƏ" OYANDI - Belə zarafat edən olmamışdı - FOTO-VİDEO

Apreldə yatıb "YENİ İLDƏ" OYANDI - Belə zarafat edən olmamışdı - FOTO-VİDEOMakkenzi Linn adlı "TikTok" istifadəçisi sevgilisi ilə qəddarcasına zarafat edib. Bu "zarafat"ı o, aprelin 1-də etməyi düşünüb, lakin həmin gün alınmadığından, planını gələn ilə saxlamamaq qərarına gəlib. Belə ki, aprelin 3-də yatan gənc yuxudan oyananda Milad hazırlıqlarını, şam ağacını gördükdə həyatının şokunu yaşayıb və həkimə getməyi düşünüb.

BiG.AZ xəbər verir ki, bu barədə qadın özünün ("kenzielynnsmith") "TikTok" səhifəsində etdiyi paylaşımda danışıb.

Sevgilisi yuxuda olarkən qadın evi bəzəyib və onun mobil telefonunda tarixi dəyişərək, dekabrın 25-nə qoyub.

Apreldə yatıb "YENİ İLDƏ" OYANDI - Belə zarafat edən olmamışdı - FOTO-VİDEOYuxudan ayılan sevgilisi şok vəziyyətinə düşüb və qadından onu həkimə aparmağı xahiş edib. Kadrlardan da göründüyü kimi, evdəki dostu həmin gənci Milad bayramıyla təbrik etdikdə, o, nə deyəcəyini bilmir.

Apreldə yatıb "YENİ İLDƏ" OYANDI - Belə zarafat edən olmamışdı - FOTO-VİDEOMakkenzinin paylaşımı cəmi bir günə 20 milyondan çox izlənilib. Bəziləri onu kreativliyinə görə alqışlasalar da, aldadılan gəncə ürək yandıranlar da az olmayıb.

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1437   Tarix: 04 may 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş