Lənkəranda ana doğuşdan sonra ölüb

Lənkəranda ana doğuşdan sonra ölübLənkəran Rayon Mərkəzi Xəstəxanasında ana ölümü qeydə alınıb.

"Report" xəbər verir ki, 2001-ci il təvəllüdlü Rəqsanə Səmid qızı Xangəldiyeva dünən doguş sancıları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsinə qəbul olunub. R.Xangəldiyeva bu gün əməliyyat yolu ilə oğlan uşağı dünyaya gətirib. Lakin qadın bir neçə saat sonra dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1276   Tarix: 03 may 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş