"Anarı hələ də sevirəm" - Röya ağladı
"Anarla bir-birimizi həqiqətən sevib evlənmişik. Bu evliliyə görə çox qurban vermişəm. Çünki biz evləndikdən sonra bir çox problemlər ortaya çıxdı. 6 ay sonra onun ailəsi məni qəbul etdi".
Bu sözləri Xalq artisti Röya Ayxan məşhur stilist Anar Ağakişiyevin "Dəyişən cavab" proqramında deyib. Sualları cavablandıran sənətçi, keçmiş həyat yoldaşı Anar Cəlilovdan problemlər səbəbindən ayrıldığını etiraf edib:
"Ayrılanda ən çox qorxduğum bir halı yaşadım. Mənim çoxlu faizlərim var idi. Təsəvvür edin, elə bil 500 min götürürsən və hər ay 50 min faiz ödəyirsən, borclar azalımır. Atamın evinə qədər satdım. 7 il əvvəl isə hər şeyə sıfırdan başladım. 2015-ci ildə də konsert verdim. O pula torpaq aldım. Hər şeyi övladım üçün edirəm.
Mən o qadınam ki, 15 ildə nə yığmışdımsa, hamsını bir gündə itirdim. Onları son 6-7 ildir yerinə qaytarıram. Anarın ilk evliliyindən oğlu var. Biz tanış olanda artıq o, 9-11 ay əvvəl arvadından ayrılmışdı. Hər kəs dedi ki, mən onunla evli ola-ola görüşmüşğm. Bu əsla belə deyil. Anarla başqa şeyin üstündə ayrıldıq. Problemlərimiz həqiqətən çox oldu. Axırda dözə bilmədim. Ona xoşbəxtlik arzu edirəm. İnşalla bu qızla xoşbəxt olar".
Röya qayınanası ilə Anarı ilk xanımından ayırmaq üçün müqavilə imzaladığı xəbərlərinə münasibət bildirib:
"Dünyanın ən gözəl qayınanası onun anası, Nazilə xanımdır. Ayrılanda utandım ki, nece deyim ona? Onların ailəsi çox sadədir. Xoşbəxtəm ki, o ailədən uşaq dünyaya gətirmişəm".
Sənətçi keçmiş həyat yoldaşı Anardan illər əvvəl ayrılsa da onu hələ də çox sevdiyini deyib:
"Anarı çox sevmişəm. Bəlkə bu gün də sevirəm. Bir müddət əvvəl oğlumla şəkil çəkdirmişdi. Gördüm onun saçları çox ağarıb. Nə qədər ağlamışam. Çünki insan istəmir sevdiyi yaşlansın, saçları ağarsın. Adam ancaq sevdiyi zaman bütün hər şeydən keçir. Ayrılanda isə nifrət etmək lazım deyil".(axşam.az)
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aysel bu qərarı ədalətsizlik adlandırdı
Xəbər verdiyimiz kimi, "Uşaq Avroviziya 2025" mahnı müsabiqəsinin qalibi Fransa təmsilçisi Lou Deleuze "Ce Monde" mahnısı ilə olub. Axşam.az-ın məlumatına görə, "Avroviziya" təmsilçilərimizdən olan Aysel Teymurzadə bununla bağlı paylaşım edib. Aysel qərarı haqsızlıq adlandırıb
14.12.2025 247 Türk serial tarixində bir ilk
Türkiyə serial tarixində birl ilkə imza atılacaq. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Gözleri Karadeniz" serialının finalına yayımı zamanı qərarı veriləcək. Məlumata görə, ekran işi efirdə olduğu müddətdə ani reytinq göstəriciləri izləniləcək. Əgər ciddi artım müşahidə olunmazsa
14.12.2025 218 Gülay Zeynallı paylaşımı ilə DİQQƏT ÇƏKDİ - FOTO
Müğənni Gülay Zeynallı sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, müğənni "instagram" hesabında yeni fotolarını paylaşıb. Fotoda Gülayın gözəlliyi və təbii görünüşü ilə hər kəsi heyran edib. Onun paylaşımına çoxsaylı bəyəni, tərif gəlib. Sözügedən fotonu təqdim edirik:
14.12.2025 639 Hollivud şoku: aktyor Piter Qrin Nyu-Yorkda ölü tapıldı
ABŞ-da tanınmış aktyor Piter Qrin Nyu-Yorkdakı mənzilində ölü vəziyyətdə tapılıb. xəbər verir ki, bu barədə "New York Daily News" nəşri məlumat yayıb. 60 yaşlı aktyorun ölüm səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb. Məlumata görə, "Maska" və "Kriminal Çtivo" (Pulp Fiction
13.12.2025 251 Azərbaycan ilk dəfə Ermənistana xal verdi
"Uşaq Avroviziya 2025" mahnı müsabiqəsində Azərbaycandan verilən xallar açıqlanıb. Axşam.az xəbər verir ki, ölkəmizin adından 12 xal İtaliyaya verilib. Müsabiqədə ilk dəfə Azərbaycan Ermənistana xal verib. Ermənistanın çıxışı Azərbaycan tərəfindən 3 xalla dəyərləndirilib. Xallar Leyla Adıgözəlzad
13.12.2025 268 Hüseyndən Fatiməyə tənqid: Azərbaycan incəsənətini məhv edir
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu rəqqasə Fatimə Fətəliyevanın ifasını tənqid edib. "Yeni Sabah" xəbər verir ki, "Afaqla 10lar" verilişində qonaq olan Hüseyn Fatimənin ifasını eşidəndə əsəbiləşib. "İmkanım olsaydı, bu mahnını üstündən xətt çəkərdim. Belə mahnılar oxumaq olmaz
10.12.2025 397 "Abid Şərifovun xanımı o qadınlara həsəd aparırdı"
Şair Nazilə Səfərli bir zamanlar aparıcısı olduğu "Banu" verilişindən ayrılmasından danışıb. Axşam.az xəbər verir ki, bu haqda "Pərvizə görə" proqramında söz açan şair bunları deyib:. "Abid Şərifovun (Baş nazirin sabiq müavini - red.) həyat yoldaşı gördüm ki, "Banu"
08.12.2025 800 Rəqsanənin qızı Yağmur niyə anasını hələ də görməyib? - CAVABI MÜZAKİRƏ YARATDI
Müğənni Rəqsanənin qızı, "Yana" ləqəbli qızı Yağmur həbsdən çıxan anasını hələ də görməməsi səbəbinə aydınlıq gətirib. xəbər verir ki, gənc ifaçı özü barədə yaranan suallalrı cavablayıb:. "İnşallah ayın 16-sı anamı görəcəyəm. Sonrası da mənim işimlə əlaqədar olaraq gəlməyim alınmır. Bun
13.12.2025 338 Faciəvi şəkildə ölən 52 yaşlı müğənninin qızının ŞOK MESAJLARI üzə çıxdı - FOTOLAR
Müğənni Güllünün şübhəli ölümü ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan qızı Tuğyan Ülkem Gülterin tutulmazdan az öncə rəfiqəsinə göndərdiyi mesajlar üzə çıxıb. -un Türkiyə mətbuatına istinadla xəbərinə görə, mesajlarda "Çamadanlarımı götürüb Yalovaya qayıdacağam" ifadəsi diqqə
13.12.2025 502