Mənzilini kirayə verən şəxs vergi ödəməlidir - RƏSMİ

Mənzilini kirayə verən şəxs vergi ödəməlidir - RƏSMİ"Mənzilin kirayə verilməsi ilə əlaqədar əldə edilən gəlirdən 14 faiz gəlir vergisi ödənilməlidir".

Bu barədə Dövlət Vergi Xidmətindən kirayə mənzil bazarında vergidən yayınmalara qarşı hansı mübarizə tədbirlərinin görüldüyü ilə bağlı sorğuya cavab olaraq bildirilib.

Qeyd edilib ki, mənzili kirayə verilməsi ilə əlaqədar kirayə haqqını ödəyən fiziki şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda, kirayəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi uçota alınmalı və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə gəlir vergisini hesablamalıdır:

"Sonra hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq "Gəlir vergisinin bəyannaməsi"ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir".

Dövlət Vergi Xidmətinin rəis müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Samirə Musayevanın adından daxil olan cavabda əlavə edilib ki, mənzili kirayə götürən şəxs əmlakdan sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etmədiyi halda həmin şəxsin vergi orqanında uçota alınma öhdəliyi yaranmır:

"Eyni zamanda kirayə müqavilələri barədə məlumatlar vergi orqanına təqdim edildiyi halda vergi orqanları tərəfindən həmin məlumatlar vergilərin hesablanması zamanı əlaqəli məlumat kimi istifadə edilir. Vergi orqanları müxtəlif formalarda vergidən yayınan şəxslər barədə müvafiq məlumatlar əldə etdiyi halda Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergilərin hesablanmasını həyata keçirə bilər. Belə ki, vergi orqanları tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri vergi ödəyicilərinin fəaliyyətinin əhatə edən nəzarət forması olduğundan və mənzilin kirayə verilməsindən gəlir əldə edən fiziki şəxslər vergi orqanlarında uçotda olmadığından bu şəxslər vergi nəzarətinin əhatə etdiyi subyektlərə aid edilmir". // xəzərxəbər


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1568   Tarix: 18 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhur aktrisa ikinci dəfə ana olub?

Sosial şəbəkədə aktrisa Ülviyyə Əliyeva ilə bağlı hamiləlik xəbərləri yayılıb. xəbər verir ki, aktrisa bu haqda açıqlama verib. "Afaqla onlar" verilişinə danışan Ülviyyə, iddiaları təkzib edib:. "Bu iddialara səbəb çox güman ki, sosial şəbəkədə uşaq bezini reklam etməyim olub. İnşalla

17:23 323
.

Fransada qaçqınlarla bağlı gərginlik artıb

Fransada bir çox qadın, ukraynalı qaçqınların fransız kişilərlə münasibət qurmasından narazıdır. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fransanın Shot qəzeti məlumat yayıb. Məlumatda, yaranan gərginlik səbəbindən bəzi ukraynalı qadınlara Fransanı tərk etmələri tövsiyə olunub. [hh4-unikal

19:15 93
.

İnsanlar niyə sosial şəbəkələrdə real həyatda olduqları kimi deyillər? - PSİXOLOQDAN AÇIQLAMA

Son vaxtlar insanlar sosial şəbəkələrdə real həyatda olduqları kimi deyil, özlərini sanki dəbdəbəli həyat tərzi sürürmüş kimi göstərirlər. Qohumlara, dostlara acıq vermək, onlara öz sosial şəbəkələr üzərindən qiymətli əşyaları göstərmək, komfortlu həyatlarını nümayiş etdimək insanlar arasında adi ha

12:39 151
.

Vüqar Əhməd saxlanılıb? - Özü danışdı+Yenilənib

Tanınmış şair Vüqar Əhmədin saxlanıldığı bildirilir. "Qafqazinfo" xəbər verir ki, bu haqda məlumat yayıb. Məlumata görə, o, səhər saatlarında işə gedərkən saxlanılıb. Şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır. Xəbəri çalışdığı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunu

20:23 0
.

Merkeldən etiraf: Hökumətdə gender bərabərsizliyi var

Almaniya siyasətində gender bərabərsizliyinin mövcud olduğu, ölkənin siyasi həyatında kişilərin dominant mövqedə və sayca üstün olduğu bildirilir. türk mediasına istinadən xəbər verir ki, Almaniyanın keçmiş kansleri Angela Merkel bu barədə Frankfurter Allgemeine Zeitung qəzetinə verdiyi müsahibədə danışıb

18:15 107
.

Tələbə universitetin mənfi II mərtəbəsinə yıxıldı - Xəstəxanalıq oldu

Azərbaycan Universitetində döşəmənin çökməsi, 18 yaşlı tələbənin yıxılaraq xəsarət alması ilə bağlı məlumat yayılıb. -a istinadən xəbər verir ki, hadisə nəticəsində tələbə döş qəfəsinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Hadisə ilə bağlı Azərbaycan Universitetindən "Qafqazinfo"nu

16:48 206
.

İqlim könüllüləri istintaqa cəlb edildi

Finlandiyada isveçli iqlim fəalı Qreta Tunberq barəsində cinayət işi başlanılıb. xarici mediaya istinadən xəbər verir ki, bu barədə yerli "Helsingin Sanomat" qəzeti məlumat yayıb. Tunberq hüquq-mühafizə orqanlarının fəaliyyətinə mane olmaqda şübhəli bilinir. Hadisə 25 iyun 2024-cü ildə Helsinkini

11:24 357
.

Avropa liderləri Ukraynaya dəstəyi artıracaq

Avropa ölkələrinin liderləri Ukraynaya siyasi, hərbi və maliyyə dəstəyinin artırılması ilə bağlı razılığa gəliblər. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, sammit çərçivəsində çıxış edən rəsmilər bildiriblər ki, Rusiyanın təzyiqləri fonunda Kiyevin müdafiə qabiliyyətinin gücləndirilməsi Avropanı

16:23 148
.

Sərhəd döyüşləri zamanı Tayland Kambocanı təxliyə etməyə çağırdı

Tayland və Kamboca arasında davam edən sərhəd döyüşləri zamanı Tayland ordusu Ukrayna istehsalı olan BTR-3E zirehli personal daşıyıcısından imtina edib. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Osveditel Telegram kanalı məlumat yayıb. Qeyd edilir ki, Tayland ordusu eskalasiya ehtimalını əsa

19:45 72
.

TOP MP3