"Yəqin ki, O məni sevir, çünki..." - Aparıcı Zümrüd

"Yəqin ki, O məni sevir, çünki..." - Aparıcı Zümrüd"Hal-hazırda özümü yaxşı hiss edirəm, artıq evə buraxılmışam. Saytların bir çoxunda yazılıb ki, mən xərçəng xəstəliyindən əziyyət çəkirəm, amma bu elə deyil. Bu xəstəlikdən 11 il əvvəl sağalmışam. Gələcəkdə yarana biləcək problemlərin qarşısını almaq üçün əməliyyat olunmuşam"

Bunu Moderator.az-a açıqlamasında aktrisa-teleaparıcı Zümrüd Qasımova bildirib. Sənətçi daha sonra əlavə edib.

"2 əməliyyat var idi ki, onu mütləq etdirməli idim, xərçəngin heç şübhəsi də qalmasın, nə vaxtsa qayıtmasın. İşimlə bağlı olaraq həmin əməliyyatların vaxtını uzadırdım. Bu əməliyyatlardan birini 2015-ci ildə, digərini isə bu günlərdə etdirdim. Həm kiçik, həm də çətin bir əməliyyat idi. İzləyicilərdə xərçəng şübhəsini doğuran məqam bu əməliyyatı Milli Onkologiya Mərkəzində etdirməyim oldu. Çünki bu üzrə ən yaxşı həkim Şəmistan Alıyev orada çalışır. Allahın bu gününə şükür, yaşayırıq. Allah adamı saxlayanda saxlayır. Yəqin ki, O məni sevir, çünki bu günlərdə həm koronovirusa yoluxdum, həm də əməliyyat keçirdim, bunun səhhətimə heç bir mənfi təsiri olmadı. İnşallah ki, bundan sonra da hər şey yaxşı olar" deyə Zümrüd Qasımova bildirib.

Aktrisa-teleaparıcı pandemiyaya görə teatrların fəaliyyətsizliyindən də danışıb.

"Teatrların qapanması biz sənətçilərə çox pis təsir edir, bizi ruhdan salır. Bu gün görün nə qədər sənət adamı dünyasını dəyişirlər. Həqiqətən də aktyoru yaşadan səhnədir. Bu bizim üçün başqa bir həyat, yaşayış tərzidir. Çox istərdim ki, teatrlar tezliklə açılsın. 10 milyonluq Azərbaycanda demək olar ki, hər yer bağlıdır, amma Rusiyada, Türkiyədə teatrlar açıqdır. Hər kəs sənət həyatını davam etdirir. Mən düşünürəm ki, artıq teatrları açmaq lazımdır. Pandemiya film və serial sektoruna da təsirsiz ötüşməyib. Düzdü, film və seriallar adda-budda çəkilir, amma bu da çox azdır. Yaradıcı insanın bütün günü çəkilişlərdə, səhnədə keçməlidir. İctimai tv-də bir seriala çəkilmişəm, bu günlərdə efirdə yayımlanacaq. Bilirsiz ki, Xəzər televiziyasında "Dönə bilsəm" adlı verilişim var. Yaxşı ki, bu layihə vasitəsilə sənətçilərimizlə tez-tez görüşmək imkanı tapıram. Bu yaşayış nəinki sənətçilərimizi adi insanları da, hamını ruhdan salıb. Çox istərdim ki, hər şey əvvəlki kimi olsun, əks halda insanlar artıq özləri ilə də bacarmırlar. Görürsüz də nə qədər ölüm, intihar halları baş verir. Düşünürəm ki, daha da çox qapandıqca bunların qarşısını ala bilməyəcəyik" deyə aktrisa bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2968   Tarix: 18 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Faiq Öztürk iflic olub

Türkiyəli müğənni Faiq Öztürkün 20 gün öncə Bodrumda beyninə qan sızıb. Axşam.az xəbər verir ki, sənətçinin sol tərəfi iflic olub. 62 yaşlı müğənni Ankarada müalicə olunur. Bu barədə məlumatı müğənninin həyat yoldaşı və duet ortağı Safiye Soyman verib

25.04.2024 598
.

"Molla Quranı göstərib deyir ki, sənin növbəndir"

Əməkdar artist Yusif Mustafayev ölüm xəbərinin yayılmasından danışıb. Axşam.az xəbər verir ki, ki, müğənni "Elgizlə izlə" proqramına zəng edərək bunları deyib:. "Kimə nə etmişəm? Bir dəfə demişəm ki, atam uzunömürlü olub, mən də çox yaşayacağam. Kim bilir, bəlkə sabah öldüm. Bir moll

22.04.2024 680
.

Devid Bekhem aktyoru məhkəməyə verdi - 10 milyon təzminat tələbi

Devid Bekhem aktyor Mark Uolberqi məhkəməyə verib, 10 milyon dollar təzminat tələb edir. -ın xarici mediaya istinadən xəbərinə görə, Devid Bekhem fırıldaqçılıq ittihamı ilə aktyor Mark Uolberqi və F45-in yaradıcılarını məhkəməyə verir. Bekhem əvvəlcə qolf əfsanəsi Qreq Normanla birləşərək F45-ə qarş

22.04.2024 577
.

"Mən itirdikcə qazandım"

"İnsan itirdikcə qazanır. Mən qazandım. Allaha min şükür olsun. Hər zaman dayağınız Allah olsun, dostlar, o hər şeyi bilir və görür, etibar edin ona. Ümüdünizi ondan üzməyin. Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova sosial şəbəkədə yazıb. "Allahın adını pis əməllər

24.04.2024 622
.

Cavanşir Məmmədovun son sözü bu olub - VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. bildirir ki, bu barədə ATV kanalında yayımlanan "Bizimləsən" verilişinin canlı yayımında açıqlama verilib. Müğənni Firuzə İbadova bildirib ki, həmin vaxt ona zəng gəlib. "Ona kimsə zəng edib. Telefon əlindən düşüb. Deyib ki

24.04.2024 1356
.

Xalq artisti səhnəyə elə geyimdə çıxdı ki, izləyənlər "BU QƏDƏR DƏ OLMAZ" DEDİ -VİDEO

Xalq artisti Röya Ayxan geyimi ilə diqqət çəkib. İllər sonra "Sənə görə" mahnısını ifa edən müğənni dekolteli libası ilə gündəm olub

21.04.2024 3810
.

"Sibel Canın verilişi kimi layihə edəcəyəm"

Müğənni Aygün Şükürova yenidən aparıcılıq edəcəyini deyib. OLAY yazır ki, ifaçı ötən il apardığı verilişdən bəhs edərkən, həyata keçirmək istədiyi yeni layihəsindən söz açıb. O, bu barədə "Xəzər axşamı" proqramında danışıb. "Nuşi can" verilişi idi. 9 ay apardıq. 5 gün canlı efir idi

24.04.2024 769
.

23 illik həyat yoldaşı ilə ilk dəfə görüntüləndi - Fotolar

Türkiyəli müğənni İzzət Yıldızhan ilk dəfə həyat yoldaşı Ajda Yıldızhanla obyektivlərə tuş gəlib. Axşam.az xəbər verir ki, cütlük məclislərdən birinə birgə qatılıblar. 23 ildir evli olan ikili ilk dəfə birgə görüntülənib. Qeyd edək ki, 61 yaşlı İzzət 3 dəfə ailə qurub. Onun müxtəlif qadınlardan ümumilikd

22.04.2024 887
.

Azərbaycanlı müğənnilər nişanlandı

Müğənnilər Sura İskəndərli və Lil Orxan nişanlanıb. OLAY-ın məlumatına görə, cütlüyün nişan mərasimi bu gün baş tutub. Sura və Orxanın görüntülərini təqdim edirik:. Qeyd edək ki, 2018-ci ildə fəaliyyətə başlayan İskəndərli "Ee daha daha nasılsınız" mahnısı ilə daha da populyarlıq qazanıb. Onu

22.04.2024 1327