Ramal ilk dəfə boşanma xəbərindən DANIŞDI

Ramal ilk dəfə boşanma xəbərindən DANIŞDI"Atam-anam hər zaman deyir dəyərini bil. Sevənlərim mənə öyrədir ki, daha məsuliyyətli olmalısan. Çalışıram səliqəli, cızığımdan çıxmayan musiqilər ifa edim".

BiG.AZ xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Ramal İsrafilov "Gün ortası" proqramında deyib. Sənətçi ona tənbəl deyənlərə cavab verib:

"Dahi Məhəmməd Füzulinin sözlərinə romans yazmışam. Çəkinirəm bu haqda danışmağa. Amma çəkindikcə, batıram. İki böyük romans yazmışam, estrada ilə yanaşı bununla da məşğul oluram".

Ramal bəstələrinə aldığı qonorardan danışıb:

"Pul söhbəti olanda, Vaqif Gərayzadə deyirdi ki, bazara gəlmişiniz? Pul əziyyət, aranjiman üçün alınır. Həmin pulu həm aranjimana istifadə edirəm, həm də dolanıram. Bir mahnının aranjimanı 4-5 min edir. Bayağı mahnı yoxdur, aranjiman var.

Məni bir gecənin içində Elza Seyidcahanın mahnısı tanıtdı. "Həsrət nəğməsi" oxudum, gecə radioda səsləndi, səhər durdum ki, hamı ondan yazır.

Mənə hamı tənbəl deyir. Kim nə vaxt çağırıb, gəlmişəm. Tənbəl deyə-deyə tədbirlərdən uzaqlaşdırılmışam. Amma dəvət olunduğum yerə hamıdan əvvəl getmişəm. Bəzi mahnılarımı oxuyan sənət dostlarım məni tədbirlərdən uzaqlaşdırır. Çalışıram onlarla onlar kimi olam.

Son üç-dörd ildir Allaha istedadıma görə təşəkkür edirəm. Əvvəl dəyərini anlamırdım".

Müğənni boşanması haqda yayılan xəbərlərə "Boşanan adam balasından danışmaz. Niyə boşanım? Allah bütün ailələri saxlasın, mənimki də içində. Bir mahnı yazdım "Boş andıq", hamı səhv anladı. Anam zəng edib ki, nə olub? Boşanmamışam" cavabını verib./Axşam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 10846   Tarix: 14 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467