Operativ Qərargah MƏLUMAT YAYDI

Operativ Qərargah MƏLUMAT YAYDIAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43499 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BiG.AZ-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 27992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15507 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 025 790, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 639 463, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 386 327 təşkil edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2143   Tarix: 07 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş