Eduard Məmmədov Van Dammla döyüşmək istəyir: "Mən texnikada ondan üstün olardım"

Eduard Məmmədov Van Dammla döyüşmək istəyir: "Mən texnikada ondan üstün olardım""Jan-Klod Van Damm mənim kumirim olub. Ömür boyu onun kinolarına baxıb idmanla məşğul olurdum. Amma vaxt gəldi, başa düşdüm ki, o, sadəcə aktyordur. Sonradan aydınlaşdırdım ki, o, iki dəfə karatenin yarımkontakt növü üzrə çıxış etsə də, ancaq nəticəsi o qədər də uğurlu olmayıb".

BiG.AZ xəbər verir ki, bunu Oxu.Az-a kikboksinq üzrə dünya və Avropa çempionu Eduard Məmmədov deyib.

"Ağ canavar" ləqəbli 43 yaşlı məşqçi Van Dammla döyüşmək istədiyini bildirib:

"Öz tələbələrimə də deyirəm ki, idmanla məşğul olursansa, birinci növbədə özünə kumir seçməlisən. Əgər kikboksinqlə məşğulsansa, Eduard Məmmədov və ya Zabit Səmədovu, futbolu seçmisənsə, Messi və ya Ronaldunu özünə kumir seçə bilərsən. Vaxt vardı ki, evimdə Van Dammın şəkilləri dolu idi. Harada görsəm, onu alıb otağın divarlarına yapışdırırdım.

Onun stullar üzərində şpaqatda oturub kitab oxumasını mən də yeniyetmə illərimdə təkrarlamışam. Onun filmlərdəki hərəkətlərini rinqdə döyüşlər zamanı təkrarlamağa çalışmışam. İndi isə çox xoşdur ki, tələbələrim kumir kimi evdə mənim şəklimi asırlar.

Əlbəttə Van Dammla döyüşmək istərdim. Onunla döyüşmək çox maraqlı alınardı. Kim qalib gələrdi? Bunu demək olmaz. Amma belə düşünürəm ki, mən texnikada ondan üstün olardım".

O, 60 yaşlı belçikalı aktyor kimi filmlərdən təkliflər aldığını, ancaq heç vaxt bunları qəbul etmədiyini bildirib:

"İki-üç dəfə belə təklif olub. Amma işimə görə imtina etmişəm. Daxili İşlər Nazirliyinin zabiti olaraq filmdə çəkilməyimə icazə yoxdur. "Fort Boyard" və "Maşın Şou"da cənab nazirə xüsusi məktub yazılıb deyə, iştirak edə bilmişəm. Axırıncı şouda da əlimi maşından oğlum xəstələndiyi üçün çəkmişəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1110   Tarix: 22 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Dünya çempionumuz koronavirusa yoluxdu

Paralimpiya milli komandamızın daha bir üzvü taekvondoçu Aynur Məmmədova Tokioya yollana biməyib. Unikal.org-un məlumatına görə, üçqat dünya, 4 dəfə Avropa çempionu parataekvondoçu Aynur Məmmədova koronavirusa yoluxub. Dünya çempionu bu səbəbdən sentyabrın 4-də dayanq üzərinə çıxıb-çıxmama ehtimal

31.08.2021 1111
.

Həbib Nurməhəmmədov yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - FOTO/VİDEO

"Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?. "Divardan divara" turnirini keçirmək atamın ideyası olub. Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrin

23.08.2021 2064
.

"Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"

"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı

22.08.2021 688
.

39 il komada qalan futbolçu vəfat etdi

PSJ-nin sabiq futbolçusu Jan-Pyer Adams dünyasını dəyişib. xəbər verir ki, 39 ildi komada olan veteran müdafiəçi 73 yaşında vəfat edib. Adams 1972 - 1976-cı illərdə Paris təmsilçisinin formasını geyinib. 1982-ci ildə çempionat oyununda dizindən zədə alan futbolçu əməliyyat zamanı həkimlərin səhvi üzündə

06.09.2021 1068
.

Azərbaycan 11-ci qızıl medalını QAZANDI

Üzgüçümüz Vəli İsrafilov "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz

01.09.2021 933
.

Olimpiya mükafatçısı: "Problemlərimi yumruqlarla deyil, sözlərlə həll etməyi tərcih edirəm"

İrina Zaretskaya - Tokio Olimpiadasının gümüş mükafatçısı, 2018-ci ilin dünya çempionu, 2015-ci ildəki Avropa Oyunları və 2017-ci ildəki İslam Həmrəyliyi Oyunlarının qalibi. Onun həyat şüarı "Nə olursa olsun, yalnız irəli"dir. Həyatının əsas məqsədi isə Olimpiya qızılını qazanmaqdır. -a müsahibəsind

12.09.2021 850
.

Ronaldonun "Mançester Yunayted"dəki MAAŞI

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun "Mançester Yunayted"dəki maaşı bəlli olub. 36 yaşlı hücumçu iki illik müqaviləsinə əsasən 58,3 milyon avro qazanacaq. Onun İngiltərədəki illik maaşı 29,15 milyon avroya bərabərdir. Bu, Ronaldonun "Yuventus"dakı qazancından 2 milyo

28.08.2021 1373
.

"Qalatasaray"dan ayrılan Falkaonun La Liqa klubuna keçidi rəsmiləşib

Türkiyənin "Qalatasaray" klubundan ayrılan futbolçu Radamel Falkao karyerasını İspaniyada davam etdirəcək. "Report" xəbər verir ki, "Rayo Valyekano" 35 yaşlı hücumçunun transferini açıqlayıb. La Liqa təmsilçisi kolumbiyalı oyunçu ilə imzalanan müqavilənin detalları barəd

05.09.2021 787
.

"Barselona"nın futbolçusu "Beşiktaş"da oynayacaq

Türkiyənin "Beşiktaş" klubu İspaniya "Barselona"sının futbolçusunu heyətinə qatıb. "Qara qartallar" katalon klubunun bosiyalı üzvü Miralem Pyaniçi icarəyə götürüb. "Barsa"da illik 8 milyon avro məvacib alan Pyaniçə İstanbul təmsilçisinin heyətində 3 milyon avr

02.09.2021 898