"Bəyin oğurlanması"na çəkilən, xərçəngdən ölən AKTRİSA - FOTO

"Bəyin oğurlanması"na çəkilən, xərçəngdən ölən AKTRİSA - FOTOAzərbaycan tamaşaçılarının uzun illərdir sevə-sevə baxdığı bir sıra milli filmlərin bəzi yaddaqalan obrazlarını əcnəbi aktyor və aktrisalar canlandırıblar. Bəzilərimiz onları filmdəki qəhrəmanların adı ilə tanıyırıq, gerçəkdə isə kim olmalarından xəbərsizik. Hətta həmin aktyor və ya aktrisanı azərbaycanlı hesab edənlər də az deyil.

BiG.AZ Modern.az-a istinadən Azərbaycan tamaşaçıları üçün baxımlı ekran əsərlərindən biri olan "Bəyin oğurlanması" filmindən bəhs edəcəyik.

1986-cı ildə ekranlara çıxan "Bəyin oğurlanması" kinokomediyasının ssenari müəllifi Mövlud Süleymanlı, quruluşçu rejissorları Ceyhun Mirzəyev və Vaqif Mustafayevdir.

"Bəyin oğurlanması" filminin əsasını paralel inkişaf edən iki hadisə təşkil edir. Birinci süjet kəndə toy səhnəsini lentə almağa gələn kino işçilərinin fəaliyyətindən danışır. Çəkiliş zamanı rejissor (Həsənağa Turabov) görür ki, ssenari və çəkilən material real həyatdan çox uzaqdır. Beləliklə o, uydurma toy səhnəsi əvəzinə kənddə olan toyu lentə alır.
Əsl toyla bağlı əhvalatlar isə filmin ikinci süjet xəttini təşkil edir. Burada maraqlı əhvalatlar bir-birinə bağlanıb. Eyni zamanda tamaşaçı kənd həyatının maraqlı və zəngin adət-ənənələri ilə tanış olur. Bu əyləncəli kinokomediya hər şeydən əvvəl insan səadəti, bu səadət uğrunda aparılan mübarizə haqqındadır.

Filmdə çox maraqlı aktyor heyəti cəmləşib. Burada kimlər yoxdur... Həsənağa Turabov, Səyavuş Aslan, Hacı İsmayılov, Nəsibə Zeynalova, Yaşar Nuri, Mirzə Babayev, Arif Quliyev, Səməndər Rzayev, Ələsgər Məmmədoğlu, Lətifə Əliyeva, İlham Namiq Kamal, Eldəniz Zeynalov, Muxtar Maniyev, Ramiz Əzizbəyli, Şamil Süleymanov, Firəngiz Mütəllimova... Hamısı yaxşı mənada "əşdaha oyunçular"dı... Elə filmi tamaşaçılara sevdirən də onlar olub.

Filmin rejissorlarından biri Vaqif Mustafayev müsahibələrinin birində demişdi: "Mən bu filmi çəkdiyimi həmişə gizlədirdim və utanırdım. Lakin sonralar görəndə ki, tamaşaçı bu filmi sevdi, indi rahatlıqla deyə bilirəm ki, bəli, bu filmi mən çəkmişəm".

Adlarını qeyd etdiyimiz məşhur azərbaycanlı aktyor və aktrisalarla yanaşı, "Bəyin oğurlanması"nda keçmiş SSRİ məkanında tanınmış bir sənətkar da çəkilib. Bu, özbəkistanlı aktrisa Tamara Şakirovadır.

Yəqin ki, çoxlarınız fikirləşdiniz ki, söhbət filmdəki hansı rolun ifaçısından gedir... Onda diqqətinizə çatdıraq ki, özbək aktrisa Tamara Şakirova "Bəyin oğurlanması"nda Nigar rolunu canlandırıb.

Bu yerdə bir haşiyə çıxaq: "Bəyin oğurlanması" filminin quruluşçu rejissor işi əvvəlcə Tofiq İsmayılova həvalə edilmişdi. T.İsmayılov hətta sınaq çəkilişlərinə də başlamışdı. Təxminən 3-4 ay sınaq çəkilişləri apararkən o, filmdə çəkəcəyi aktyor və aktrisaları belə, seçmişdi. Lakin gözlənilmədən vəziyyət dəyişdi. Tofiq İsmayılov filmdən uzaqlaşdırıldı, Vaqif Mustafayev və Ceyhun Mirzəyev filmin quruluşçu rejissorluğuna təyin edildilər. Və filmin yeni rejissorları bütün rolların ifaçılarını dəyişdirdilər, təkcə Nigarı canlandıran Tamara Şakirovadan başqa..

Görünür Tamaranın qeyri-adi istedad sahibi olması rejissorlar Vaqif Mustafayev və Ceyhun Mirzəyevi tam razı salmışdı ki, onlar özbək aktrisadan imtina etmədilər.

Yəqin ki, Tamaranın "Bəyin oğurlanması"ndakı rolunu xatırladınız: Nəsibə xalanın həyətindəki süfrə arxasında əyləşən iki gənc xanımdan biri. O xanım ki, Nəsibə Zeynalova ona "bu kinolarda oğlanla qız öpüşür ee, görəsən doğrudan öpüşürlər, yoxsa ayalndan?" deyə müraciət edir.

Tamara Şakirova təkcə aktrisa deyildi, onun gözəl musiqi duyumu və ifa qabiliyyəti də var idi - istənilən musiqi növünü pianoda çalır və həm də təkrarsız şəkildə oxuyurdu.

Tamara Şakirova 26 noyabr 1955-ci il tarixində Özbəkistanın paytaxtı Daşkənddə doğulub. O, ilk dəfə filmə 14 yaşı olanda, hələ məktəbliykən çəkilmişdi. Daha sonra bu çəkilişlərin ardı-arası kəsilmədi...

Tamara Şakirova 1973-cü ildən "Özbəkfilm" kinostudiyasının aktrisası kimi işə başlayıb. O, Daşkənd Teatr İnstitutunun aktyorluq şöbəsini qiyabi bitirmişdi.

1983-cü ildə Özbəkistanın əməkdar artisti adına layiq görülmüş istedadlı aktrisa sovet kinosunun tanınmış simalarından sayılırdı. Tamara Şakirova öz karyerası ərzində onlarca yaddaqalan obraz yaradıb. "Özbəkfilm"in çəkdiyi "Xarəzm əfsanəsi", "Simurq", "Odlu yollar" kimi filmlər onu keçmiş SSRİ məkanında məhşurlaşdırmışdı.

Tamara Şakirova Azərbaycanda çəkilmiş 3 filmdə oynayıb: "Çətirimiz buludlardır" (1976), "Bəyin oğurlanması" (1986) və "Qırmızı qatar" (1993).

İstedadlı aktrisa 2012-ci il fevralın 22-də 57 yaşında xərçəng xəstəliyindən ölüb.

Həmin ərəfədə aktrisanın qızı, Özbəkistanın tanınmış müğənnisi Rayhon Qəniyeva anasının vəfatı ilə əlaqədar əvvəlcədən elan olunmuş konsertini ləğv etmək məcburiyyətində qaldı.

Mərhum aktrisanın əri Otabek Qəniyev özbək kinorejissoru Nəbi Qəniyevin nəvəsidir. Onların iki qızı doğulub. Yuxarıda adı çəkilən Rayxon və Nəsibə.

"Bəyin oğurlanması"na çəkilən, xərçəngdən ölən AKTRİSA - FOTO"Bəyin oğurlanması"na çəkilən, xərçəngdən ölən AKTRİSA - FOTO"Bəyin oğurlanması"na çəkilən, xərçəngdən ölən AKTRİSA - FOTO"Bəyin oğurlanması"na çəkilən, xərçəngdən ölən AKTRİSA - FOTO


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3210   Tarix: 13 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

TOP MP3