Bu avtobusların hərəkət sxemi dəyişdirildi

Bu avtobusların hərəkət sxemi dəyişdirildiBu gün aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq Xudu Məmmədov küçəsi ilə Vunqtau küçəsinin kəsişməsindən "Həzi Aslanov" metrostansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

BiG.AZ xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən M1, M2, M6 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri aşağıda göstərilən qaydada müvəqqəti dəyişdirilib:

- M2 nömrəli ekspres marşrut "Həzi Aslanov " metrostansiyası istiqamətində Ukrayna dairəsi – Vunqtau küçəsi – Sadıqcan küçəsi – Xudu Məmmədov küçəsi – Məhəmməd Hadi küçəsi daha sonra öz hərəkət sxemi üzrə;

- M1, M6 nömrəli ekspres marşrut "Həzi Aslanov " metrostansiyası istiqamətində Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə , daha sonra öz hərəkət sxemi üzrə;

- 104 nömrəli müntəzəm marşrut "Həzi Aslanov " metrostansiyası istiqamətində Gəncə prospekti – Vunqtau küçəsi - Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə hərəkəti müəyyən edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 636   Tarix: 04 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş