"Heç bir estetik əməliyyatım yoxdur" - VİDEO

"Heç bir estetik əməliyyatım yoxdur" - VİDEO"Çirkin qadın yoxdur, tənbəl qadın var. Baxımsız qadın var. Baxım pula 90 faiz aiddir . Məsələn, mən limon və ya hansısa meyvəni yeyib onun üz qabığını da istifadə edə bilərəm. O qədər ev üslubları var ki... Onu etməyə həvəs lazımdır. Istək lazımdır. Gözəl görünməyi sirri həvəsdədir".

BiG.AZ xəbər verir ki, bu sözləri xalq artisti Tünzalə Ağayeva MTV -ə açıqlamasında deyib. Sənətçi "plastik əməliyyat etdirməsi ilə" bağlı yayılan şayiələrə də cavab verib:

"Hələlik şükür Allaha ehtiyac duymuram nə bədənimdə nə üzümdə. Qəti. Mənim bütün zahiri görünşümün əsas səbəbi dügün qidalanmağım və idman etməyimdir. Sualım: Heç bir plastik əməliyyat olmayıb?! Qətiyyən! Nə üzümdə, nə bədənimdə heç bir müdaxilə yoxdur. Bəlkə bir 80 yaşımda edəcəm. Bilmirəm onu həyat göstərəcək. 70 yaşımda bəlkə ona ehtiyac duyacam deyəcəm burda bir az dərim sallanır gedim onu götürüm. Incə estetik işlər ola bilər. Üzümdə iynələr də olur. Baxım var".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1277   Tarix: 03 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş