"Müğənni efirdə oxumasa, kanal qara geyinməyəcək"

"Müğənni efirdə oxumasa, kanal qara geyinməyəcək""Efir dəvət edər gələrəm, gözəl çıxışlar edərəm, nəğmələrimi oxuyaram. Amma qonorar istəmərəm".

BiG.AZ xəbər verir ki, bu sözləri Əməkdar artist Firuzə İbadova "Hüseynova bacıları" verilişində deyib. O, müğənni Xatirə İslamın verilişlərə qatılmaq üçün telekanallardan qonorar istəməsi haqda suala cavab verib.

Proqramda qonaq olan Əməkdar artist Cavanşir Məmmədov da Xatirənin istəyinin əsassız olduğunu söyləyib:

"Özəl kanallar öz işçilərini güclə dolandırırlar. Onu da düşünmək lazımdır. Əgər indi Cavanşir Məmmədov, Firuzə oxumasa, kanal qara geyinməyəcək. Deməyəcək, görən biz nə edəcəyik. Öz yerimə danışıram, burada başqa məqamlar var. Özəl kanal xalqa xidmət edir. Biz dövlət televiziyasının solistləri olmuşduq. Xatirə xanım da orada çalışsaydı, maaş alardı. İndiki çətin dövrdə özəl kanal özünü ancaq dolandırır"./Axşam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1401   Tarix: 02 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş