Murad Bozdan örnək davranış
Müğənni Murad Boz sosial media hesabında etdiyi paylaşımı ilə izləyicilərindən yardım istəyib.
BiG.AZ türk mətbuatına istinadən bildirir ki, martın 7-də 41 yaşını qeyd edəcək Murad ad gününə hədiyyə almaq yerinə TEMA müəssisəsinə (Türkiyə ağacları və təbii sərvətləri qoruma müəssisəsi) kiçik ağac fidanları bağışlamasını istəyib.
O,bununla bağlı paylaşımında yazıb:
"Ad günümdə TEMA müəssisəsinə bağışlayacağınız hər bir ağac fidanı mənə ən gözəl hədiyyə olacaq".(axşam.az)
BiG.Az


Şou biznes Baxılıb: 1195 Tarix: 28 fevral 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş