Əkiz qardaşlar əməliyyatdan sonra BACI OLDULAR

Əkiz qardaşlar əməliyyatdan sonra BACI OLDULARİki braziliyalı əkiz qardaş eyni anda cinsiyyət dəyişdirmə əməliyyatı etdirib.

BiG.AZ-ın Lent.az-a istinadla verdiyi xəbərə görə, bu, dünyada ilk belə presedentdir.

19 yaşlı Mayla Fibi de Rezende və Sofiya Alburek doğulduqdan bəri özlərini oğlan kimi tanımadıqlarını iddia edirlər.

"Bədənimi həmişə sevirdim, ancaq cinsiyyət orqanımı sevmirdim", - Argentinada həkim ixtisası üzrə təhsil alan Mayla etiraf edib.

Əkiz qardaşlar əməliyyatdan sonra BACI OLDULARCinsiyyət dəyişdirən Mayla Fibi de Rezende və Sofiya Alburek

Uşaqlıqdan bəri, əkizlər başqalarının lağ etməsinə və anlaşılmazlığına baxmayaraq qız olmaq arzusunda idilər. Anaları uşaqlarını hər zaman qızı kimi qəbul etdiyini vurğulayıb.

14 fevral gecəsi, Braziliyanın Blumenau şəhərindəki xüsusi bir klinikada beş saatlıq bir əməliyyat keçirilib.

"Bu, kişi olan əkizlərin birgə cinsiyyət dəyişdirmə əməliyyatı edildiyi dünyada qeydə alınan yeganə haldır", - onların həkimi Xose Karlos vurğulayıb.

Mayla özünü güzgüdə görəndə xoşbəxtlikdən ağladığını deyib.

Sofiya, yaxınlarının həmişə onları dəstəklədiklərini, ancaq başqalarının onlara zərər verə biləcəyindən narahat olduqlarını vurğulayıb.

Milli Transvestitlər və Transseksuallar Birliyinin məlumatına görə, 2020-ci ildə Braziliyada 175 transgender öldürülüb. Bu, dünyanın istənilən digər ölkəsindən çoxdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5368   Tarix: 25 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş