Azərbaycanda ən yüksək və ən aşağı maaş BU RAYONLARDADIR - SİYAHI

Azərbaycanda ən yüksək və ən aşağı maaş BU RAYONLARDADIR - SİYAHIÖtən il Azərbaycanda orta əməkhaqqının artmasına ən böyük töhfəni dövlət sektorundakı maaş artımları verib.

2020-ci ildə ölkə üzrə orta əməkhaqqı 11,4 faiz artıb və 707,3 manat olub. Əməkhaqqı artımı özəl sektorda 4,4 faiz olduğu halda dövlət sektorunda 18,8 faiz təşkil edib.

Rəsmi statistikaya əsasən, ölkəmizdə 1,7 milyona yaxın muzdlu işçi var. Onların yarıdan bir qədər çoxu dövlət sektorunda çalışır. Dövlət sektorunda çalışanların sayının çox olması və burada maaş artımı sürətinin böyük olması ölkə üzrə orta əməkhaqqı səviyyəsinin daha çox yüksəlməsinə imkan verib.

2020-ci ilin yekunlarına əsasən dövlət sektorunda orta maaş 631,1 manat olub və 2019-cu ilə nisbətən 100 manat artıb. Özəl sektorda isə orta maaş 802 manat olub və 33,6 manat artıb.

Dövlət sektorunda ən yüksək maaş Bakıdadır. Paytaxtda orta əməkhaqqı 804,9 manat olub və il ərzində 104 manata yaxın (14,8 faiz) artıb. Yüksək orta maaş paytaxtın Pirallahı rayonunda 2007 manat, Xətai rayonunda 1022,2 manat, ən az maaş isə Binəqədi (560,7 manat), Yasamal (612,2 manat) və Suraxanı (634,4 manat) rayonlarındadır.

Bakıdan sonra ən yüksək orta əməkhaqqı Sədərək rayonunda (645 manat), Siyəzən rayonunda (620,5 manat), Biləsuvar rayonunda (607,7 manat), Naxçıvan şəhərindədir (604,5 manat). Dövlət təşkilatlarında ən aşağı əməkhaqqı Ağdam rayonunda (397,9 manat), Şuşa rayonunda (406,5 manat), Zaqatala rayonunda (415,4 manat) verilir.

Qeyri-dövlət sektorunda da ən yüksək orta əməkhaqqı Bakıdadır. Bakıda orta maaş 1041 manat olmaqla regionlardan kəskin fərqlənir. Paytaxtda qeyri-dövlət sektorunda yüksək orta əməkhaqqı Səbail (2227,5 manat), Qaradağ (1474,2 manat), Nəsimi (1071,2 manat) rayonlarında, ən az orta maaş Pirallahı (555 manat), Binəqədi (594 manat), Sabunçu (647,1 manat) rayonlarında qeydə alınıb.

Bakıdan kənarda olan yaşayış məntəqələri üzrə qeyri-dövlət sektoru üzrə ən yüksək orta əməkhaqqı Daşkəsən rayonu (919,4 manat), Qubadlı rayonu (721,2 manat), Şuşa rayonu (692,6 manat), ən az orta əməkhaqqı Xocəvənd rayonu (292,3 manat), Tərtər rayonu (300 manat), Yardımlı rayonu (328,3 manat), Xızı rayonu (330,5 manat), Qobustan rayonunda (336,2 manat) verilir.

Qeyd edək ki, dövlət təşkilatlarında əməkhaqqından vergi tutulur, qeyri-dövlət təşkilatlarında (neft-qaz sektoru istisna olmaqla) vergi tutulmur. Buna görə də orta əməkhaqqının dövlət sektoru üzrə işçiyə çatan hissəsi bir qədər də azalır. Ötən il dövlət təşkilatlarında bir işçi orta hesabla 536 manat, özəl sektor üzrə isə 724 manat maaş alıb. Özəl sektorda "ələçatan" orta maaş dövlət sektoruna nisbətən 188 manat və ya 35 faiz yüksəkdir. İcbari ödənişlər nəzərə alınmadıqda özəl sektorla dövlət sektoru arasında maaş fərqi 171 manat və ya 27,1 faiz çoxdur.//Sfera.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2277   Tarix: 25 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Latviyada təyyarə təcili eniş etdi - VİDEO

Latviyanın Adazi şəhərində təyyarə təcili eniş edib. BİG.AZ xəbər verir ki, təyyarə 2 nəfəri daşıyıb. Latviya polisinin bildirdiyinə görə, təcili enişə səbəb kanat hissədə yaranan texniki problemlər olub. Hadisə nəticəsində ölən və yaralananlar yoxdur. Hadisə yerindən olan videonu təqdim edirik:

12:40 120
.

Elçin Quliyev III Çarlzla bir arada - Fotolar

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Böyük Britaniya kralı II Çarlzla görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüş Böyük Britaniyada keçirilən Vindzor Kral Atçılıq Şousu çərçivəsində baş tutub. E.Quliyev II Çarlzla birlikdə atların yarışını izləyib. Qeyd edək ki, Vindzo

16:57 400
.

Cəsarət Valehova vəzifə verildi

Cəsarət Valehova yeni vəzifə verilib. "Qafqazinfo"nun məlumatına görə, o, mədəniyyət naziri Adil Kərimliyə müşavir təyin olunub. C.Valehov artıq bir müddətdir vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, fəlsəfə doktoru, dosent Cəsarət Valehov daha əvvəl Elm və Təhsil Nazirliyinin İctimaiyyətl

13:44 407
.

Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün tarixi açıqlanıb - FOTO

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində görüşünün tarixi bəlli olub. Bu barədə Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə "X" hesabında paylaşım edib. Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq

11:15 211
.

"Azərbaycan bütün dünyanı narahat edən problemlərdən çıxış yolunu axtaran bir ölkəyə çevrilib"

"Azərbaycan bu gün daha bir mötəbər tədbirə ev sahibliyi edir. Mayın 1-də Bakı Konqres Mərkəzində 100-dən artıq ölkənin nümayəndəsinin iştirak etdiyi "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirildi. Azərbayca

16:11 131
.

İsrailin Livanın cənubunda hava hücumu: 3 ölü

İsrail ordusunun Livanın cənubunda evə hava hücumu edib. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 3 nəfər ölüb, xeyli dinc sakin yaralanıb. Bu barədə Livanın rəsmi xəbər agentliyi məlumat yayıb. İsrail döyüş təyyarələri ölkənin cənubundakı Meiş əl-Cəbəl qəsəbəsindəki evi hədəfə alıb. Hava hücumu zaman

15:28 115
.

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi çox tez başa çatdırılmalıdır" - Simonyan

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi çox tez başa çatdırılmalıdır". xəbər verir ki, bu sözləri Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Almatıda keçiriləcək görüşünə toxunaraq deyib. "Ümid ediri

22:00 0
.

""Luxe Home" tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"

"2014-cü ildən "Luxe Home" tikinti şirkəti yaşadığım Nərimanov rayonu Mayakovski küçəsi 7-də bina inşa edir. Arxa tərəfdə maşınlar üçün dayanacaq var idi. Başladılar onun yerində tikinti işləri aparmağa. Birinci binanı heç bir təhlükəsizlik tədbirləri görmədən qonşuların evinin yaxınlığınd

12:43 327
.

Qəzzada ölənlərin sayı 34735 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 34735 nəfərə çatıb. Bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, İsrail 213 gündür hücumları davam edir

15:58 123