Rihannanın brendi 1 milyard dollar dəyərində qiymətləndirilib
"Forbes" jurnalı dünyaca məşhur müğənni Rihannanın "Savage x Fenty" adlı alt paltarı brendinin gəlirlərini 1 milyard dollar dəyərində qiymətləndirib.
BiG.AZ xəbər verir ki, hazırda analitiklər markanın daha da inkişaf edəcəyini proqnozlaşdırırlar.
Onların fikrincə, brend 2025-ci ildə dünya bazarının lideri olacaq.
Qeyd edək ki, "Savage X Fenty" 2020-ci ildə satışlardan əldə etdiyi mənfəət 200%-dən çox artıb. Rihannanın 2019-cu ilin yazında "LVMH" şirkəti ilə qurduğu "Fenty" moda markası isə bu il fəaliyyətini dayandırıb./Axşam.az
BiG.Az


Şou biznes Baxılıb: 1711 Tarix: 23 fevral 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş