Vilayət Eyvazovdan yeni TƏYİNAT

Vilayət Eyvazovdan yeni TƏYİNATDaxili işlər orqanlarında yeni təyinat olub.

BiG.AZ Oxu.az-a istinadən xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Niyaməddin Qasımov Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin birinci müavini vəzifəsinə təyin edilib.

N.Qasımov bu təyinata qədər Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) əməliyyat işi üzrə rəis vəzifəsində çalışıb.

Qeyd edək ki, Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin birinci müavini, polis polkovnik-leytenantı Çingiz Aslanov vəzifəsindən azad olunaraq Balakən Rayon Polis Şöbəsinin rəisi təyin edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 984   Tarix: 23 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş