Psixoloq: "Sevginin həqiqətən nə olduğunu anlayanlar üçün onun günü olmur..."

Psixoloq: "Sevginin həqiqətən nə olduğunu anlayanlar üçün onun günü olmur..."Əslində, sevginin günü olmur deyirlər. Ancaq hər kəsin xüsusi önəm verdiyi bir gün var ki, o günü sevib-sevilənlərin günü kimi qiymələndirirlər. Kimisi 14 fevralı sevgililər günü kimi qeyd edir, kimisi isə bu günü qəbul etmir. Bəs, görəsən, psixoloqlar necə düşünür? Sevmək üçün bir gün kifayət edirmi?

Tanınmış psixoloq Vəfa Rəşidova Moderator.az-ın sualını cavablandırıb.

Vəfa Rəşidova deyir ki, sevginin günü olmur: "Sevginin əslində günü varsa, o zaman burada səmimiyyət olmaz. Bu, hər gün, hər an, hər saniyə insanın daxilində, ruhunda, düşüncəsində olmalıdır. Sevgiyə diqqət, qayğı, nəvaziş, mətanət, dürüstlük, sayqı, eyni zamanda sözün üzərində durmaq kimi xüsusiyyətlər daxildir. Əsas nüans isə insanın arxasında dayanmaq, onunla həmfikir, həmsöhbət kimi məsələlər olmalıdır. Bunların hamısı ümumilikdə sevginin əsas komponentləridir. Onların da yalnız bir gün həyata keçirilməsi mümkün deyil. Sevginin günü 14 fevraldırsa, həmin günü hamımız sevgini, diqqəti, nəvazişi verək və bununla missiyamız bitmiş hesab edilsin kimi bir anlayış yoxdur. Bu teatr deyil ki, ona bir gün zaman ayıraq, oynayaq onunla da bitsin. Sevgi hər an, hər gün yaşanır. Sevginin həqiqətən nə olduğunu anlayanlar üçün onun günü olmur. Bunu hiss edən, dərk edən və hiss etməyən insanlar var. Çünki sevgidən anlayışı olan insanlar üçün hər sabah sevgi ilə başlayır. Açılan sabah onlar üçün yeni başlanğıcdır. Hər yeni açılan sabahda sevgilərinin qayğılarına qalan insanlar bunun dəyərini daha yaxşı anlayır. İlk növbədə, insan dərk etməlidir ki, sevgi nədir, necə olmalıdır. Sevginin nə olduğunu anlayan insan üçün hər gün sevgililər günüdür. Sevginin hər anı gözəl yaşantıdır. Burada göz yaşı da ola bilər, sevinc də. Yəni bütün qarışıq hislər ola bilər. Orada küsmək, incimək kimi nüanslar da var. Əgər sevgi varsa, o neqativ yaşantılar belə cütlüyü birləşdirir, bütövləşdirir, yaşadıqları onları daha da möhkəmləndirir".

Psixoloqa "Evlilik sevgini öldürürmü?" – sualını ünvanladıqda isə bu düşüncənin kökündən yanlış olduğunu vurğuladı:

"Bəzən mövzuya "evliliyin başladığı yerdə sevgi bitir" – düşüncəsi ilə yanaşanlara rast gəlirik. Belə düşünürsənsə, o zaman sən özünə hörmət etmirsən və sən özün-özünə xəyanət edirsən. "Evlilik başlayan gün sevgi bitər" düşüncəsi tamamilə yanlışdır. Əksinə, evliliyin başladığı gün böyük sevgi başlayır. Əvvəl iki qarşı tərəf arasında gözəl sevgi münasibəti var idisə, evliliyə başayan gün bu, böyük sevgiyə çevrilir. Bunun əksini düşünən insanlar özlərinə xəyanət etmiş olurlar. Xəyanət etmək tək o deyil ki, qarşı tərəf başqası ilə görüşərək, ona sevgisini bildirir. İnsan özünə də xəyanət edə bilir. Başdan bax gör kimsən, nəyə qadirsən. Evlilik bir başlanğıcdır. Evliliyin başlanğıcı böyük sevginin başlanğıcı deməkdir. Evliliyi düzgün anlamaq evliliyin nə olduğunu düzgün araşdırmaq lazımdır. Sevginin nə olduğunu dərk etmək lazımdır. Evliliyə hazır olmaq lazımdır. Sevgi necə olur, qarşı tərəfə necə ötürülür? Sevgi tək sarılıb bir yerdə dayanmaq deyil. Bunları dərk etdikdən sonra insanın həyatda evliliyində də, sevgisində də uğurlu bir həyatı olur. Özünü daha xoşbəxt hiss edir".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1642   Tarix: 13 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

TOP MP3