Terror planlaşdıran qadın havada vuruldu - FOTO
Türkiyə ordusu PKK ilə mübarizə çərçivəsində Şimali İraqın Haftanin vadisində qadın terrorçunu zərərsizləşdirib.
BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu, Pəncə Qaplan Hərəkatı çərçivəsində mümkün olub. Belə ki, bomba yüklü hava nəqliyyat vasitəsi ilə hərəkət edən qadın terrorçu havada məhv edilib. Məlum olub ki, onun hərəkətdə olduğu mühərrikli paraplan Hantur ətəklərinə düşüb.
Xain hücum planlaşdıran qadının özü ilə 150 kiloqram ağırlığında bomba yükü götürdüyü müəyyənləşdirilib.
Araşdırmalarla qadının 2015-ci ildə terror təşkilatına qoşulduğu üzə çıxıb. O, terror təşkilatının qadın qollarında hava hücumları ilə bağlı təlimlərə qatılıb.
BiG.Az


Xəbərlər Baxılıb: 1095 Tarix: 28 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş