İdmançı otağında ÖLÜ TAPILDI

İdmançı otağında ÖLÜ TAPILDITürkiyəli basketbolçu Ziya Berhan Kılıç gözlənilmədən dünyasını dəyişib.

BiG.AZ Unikal.org-a istinadən xəbər verir ki, hadisə "Çorlu Bələdiyyəsi Gənclik və İdman klubu"nun kapitanının klubun bazasında yaşadığı otaqda mənzildə baş verib.

II liqa klubuna məxsus binada qalan 29 yaşlı oyunçu komandanın dünənki məşqinə qatılmayıb. Bundan narahat qalan rəhbərlik Ziyanın ailəsini məlumatlandırıb. Basketbolçu zənglərə cavab verməyincə onun qaldığı otağa yollanan yaxınları Ziyanın cansız bədəni ilə qarşılaşıblar.

Yerli polis hadisə ilə bağlı istintaqa başlayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 590   Tarix: 26 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş