Bakıda DƏHŞƏTLİ QƏTL: Qısqanc kişi hamam otağında arvadına 12 bıçaq vurdu

Bakıda DƏHŞƏTLİ QƏTL: Qısqanc kişi hamam otağında arvadına 12 bıçaq vurduSabunçu rayonunda arvadını bıçaqlayaraq öldürmək istəyən Əbülfəz Babayevin cinayət işi.

BiG.AZ "Ölkə.Az"-a istinadən xəbər verir ki, hadisə rayonun Nardaran qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1975-ci il təvəllüdlü Əbülfəz Babayev qısqanclıq zəminində evdə arvadı, 1980-ci il təvəllüdlü Təranə Babayevanı bıçaqlayıb. Məlumata görə, Ə.Babayev arvadına mətbəx bıçağı ilə 12 dəfə zərbə vurub.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək ümükün olub.

Qanlı cinayəti törətməkdə şübhəli bilinən Əbülfəz Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.

İstintaqla müəyyən olunub ki, 2018-ci ilin noyabr ayında cəzaçəkmə müəssəsindən azadlığa buraxıldıqdan sonra rəsmi nigahda olduğu Təranə Babayevanın qohumu ilə yaxın münasibət saxlayaraq ona xəyanət etməsindən şübhələnib.
Bu səbəbdən aralarında mütəmadi mübahisələr baş verib.

Dekabrın 1-i saat 21:30-da yaşadıqları evdə Əbülfəz Babayev otaqdan bıçaqı götürüb əlində gizlədərək hamam otağına keçib. Arxadan yaxınlaşıb müqavimətini qırmaq məqsədi ilə sol əli ilə arvadının ağzından tutub. Ayaq üstə sonra isə arxası üstə yıxılmış vəziyyətdə qadının bədəninə çoxsaylı zərbələr yetirib.

Səs-küyə azyaşlı qızlarının ora gəlmələrinə məhəl qoymayaraq xəsarətlər yetirməkdə davam edib. Sonra hadisə yerinə gələn atası bıçağı onun əlindən alıb.

Təranə Babayeva vaxtında xəstəxanaya çatdırılıb həyatı xilas olduğundan Əbülfəz Babayev iradəsindən aslı olmayan səbəblərə görə zərərçəkmişi xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd edib.

Təqsirləndirilən şəxs qismində dindirilən Əbülfəz Babayev birlirib ki, həmişə həyat yoldaşına inanıb. Amma son vaxtlar arvadının bəzi hərəkətləri onda şübhə yaratmağa başlayıb.
Aralarında baş verən mübahisədən sonra həyat yoldaşı barəsində polis bölməsinə şikayət edib. Yoldaşının anasına zəng edərək qızını gəlib aparmasını deyib.

Hadisə baş verən günü əmisi oğlunun həyətlərində Təranə ilə söhbət etdiyini görüb və bundan əsəbləşib.

Əbülfəz Babayev qeyd edib ki, arvadını qətlə yetirmək məqsədi olmayıb. Ona qorxutmaq üçün xəsarətlər yetirib.

Zərərçəkmiş Təranə Babayeva ifadəsində bildirib ki, Əbülfəz Babayev ilə 2005-ci ildə ailə həyatı qurub. Birgə nigahdan 6 övladı var. Əri həmçinin Əminə adlı qadınla da qeyri-rəsmi nigahda olub.

Həyat yoldaşı CM-nin 221-ci (xuliqanlıq) maddəsi ilə 8 ay müddətinə azadlıqdan məhrum edilib.

2018-ci ilin noyabr ayında azadlığa çıxdıqdan sonra əsassız yerə onu qısqanmağa və xəyanətdə ittiham etməyə başlayıb. Həmin vaxtdan Əbülfəzlə münasibətləri korlanıb. Onun mobil telefon işlətməsinə şübhə ilə yanaşıb və telefon işlətməməsini bildirib. Əbülfəzin pula ehtiyacı olduğu üçün bir müddət sonra həmin telefonu satıb.

Oktyabr ayında Əbülfəz onunla dalaşdığından 20 gün inzibati həbsdə qalıb. Dekabrın 1-də axşam hamam otağındna olanda əri ora girən kimi onu tutub yerə yıxıb və bədəninə ardıcıl zərbələr vurub. Husunu itirdiyi üçün sonra baş verənlərdən xəbəri olmayıb.

Məhkəmə iclasında Əbülfəz Babayev ittiham üzrə özünü qismən təqsirli bilib.

Proses zamanı Əbülfəz Babayevin arvadının ona xəyanət etməsi sübuta yetirilməyib. Belə ki, Təranə Babayevanın və hadisə şahidlərinin ifadələri, üzləşdirmə, telefon danışıqlarına dair baxış protokolları ilə sübuta yetirilib ki, qadının heçkimlə münasibəti olmayıb.

Məhkəmə hesab edib ki, Əbülfəz Babayev CM-nin 29.120.2.4-cü( xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdı.

Sonda məhkəmənin hökmü ilə Əbülfəz Babayev 14 il müddətinə azadlıqdan məhrum olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1976   Tarix: 18 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub. xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsin

26.04.2024 720
.

Rusiya: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır"

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-nin Ukraynadakı münaqişəni bilərəkdən uzatdığını bildirib. xəbər verir ki, Şoyqu Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında çıxış edib. Şoyqu vurğulayıb ki, ŞƏT regionunda sabitli

26.04.2024 164
.

Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO

Dörd aylıq körpənin balkondan düşərək vəfat etdiyi yerin görüntüləri yayılıb. -ın məlumatına görə, bədbəxt hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində baş verib. Eyvandan düşərək dünyasını dəyişən dörd aylıq Ayla Eyvazlının babasının sözlərinə görə, hadisəyə səbəb ehtiyatsızlıq olub

26.04.2024 614
.

Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu gün Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib. -un əməkdaşları sabiq baş pediatrın yas mərasiminə gələn yaxınları ilə söhbətləşib, bəzi suallar

26.04.2024 1363
.

İsrailin hücumu nəticəsində 1 sivil öldü

İsrail hərbi qüvvələri Livanın cənubuna hücum edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 1 israilli mülki vətəndaşın öldürülüb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyata keçirib. Qeyd olunu

26.04.2024 124
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

26.04.2024 217
.

Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerin

26.04.2024 148
.

Nihal Candan azadlığa buraxıldı

Beş ay öncə dələduzluq ittihamı ilə həbs olunan fenomen Nihal Candan azadlığa buraxılıb. OLAY yazır ki, onun həbsxanada səhhətində problem yarandığı, arıqlayaraq 37 kiloya çatdığı və müalicəsinin orada davam etdirilə bilməyəcəyi qeyd olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir

26.04.2024 570
.

İsrailin hücumunda öldürülən anasının bətnindən xilas edilən körpə ölüb

İsrailin hücumunda öldürülən anasının bətnindən xilas edilən körpə ölüb. xəbər verir ki, körpə Sabrin əl-Sakani bazar günü gecə yarısından az sonra Rəfahdakı xəstəxanada qeysəriyyə əməliyyatı ilə ana bətnindən çıxarılıb. Xaotik mühitdə həkimlər körpənin ciyərlərinə hava sıxmaq üçün əl nasosundan istifad

26.04.2024 243