Süd verən analar peyvənd oluna bilər?

Süd verən analar peyvənd oluna bilər?Süd verən anaların koronavirusa qarşı peyvənd oluna bilib-bilməyəcəkləri barədə fikirlər səslənir.

Türkiyəli uşaq sağlamlığı və xəstəlikləri üzrə professor Nalan Karabayır Çin istehsalı "CoronaVac" peyvəndinin südəmər uşaqlara ziyanı olmadığını deyib.

Onun sözlərinə görə, yeni vaksinlər çox az komponentdən ibarətdir:

"Peyvənd komponentlərinin ana südünə keçmə ehtimalının az olduğu düşünülür və keçsə də peyvənd zülalları həzm sistemində parçalanmayacaq və körpəyə təsir göstərməyəcək. Peyvənd anaya tətbiq olunsa da, ana südündən körpəyə anticisim keçməsi ilə körpənin COVID-19-a qarşı qorunmasına kömək edə bilər".

Hal-hazırda istifadə olunan peyvəndlər m-RNA peyvəndləri "Pfizer/BioNTech" və "Moderna", viral vektor əsaslı "Oxford/Astra-Zeneca" peyvəndi və inaktiv Çin peyvəndləridir.

Karabayır qeyd edib ki, süd verən analar çiçək və sarı qızdırma peyvəndi xaricində bütün peyvəndləri vurdura bilərlər./Oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 622   Tarix: 18 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş