Qatarın üzərinə çıxan azyaşlının ayaqları qopdu - DƏHŞƏT... + FOTOLAR

Qatarın üzərinə çıxan azyaşlının ayaqları qopdu - DƏHŞƏT... + FOTOLARRusiyada 11 yaşlı uşaq "You tube" videosu çəkmək üçün hərəkət edən qatarın üzərinə çıxıb. Müvazinətini itirən azyaşlı uşaq relslərin üzərinə düşüb və ayaqları qopub.

Arkadi Aksenov adlı uşaq özündən böyük iki yoldaşının təkidi ilə qatarın üzərinə çıxıb. Burada təhlükəli hərəkətlər edən azyaşlı bir anda relslərin üzərinə yıxılıb.

Ayaqları relslərin üzərində qalan Aksenovun ayaqları qopub və şiddətli dərəcədə qan itirməyə başlayıb. Bu sırada relslərin üzərindən keçən başqa bir qatar maşınisti qatarı dayandıraraq azyaşlıya kömək edib.

Xəstəxanaya aparılan Aksenovun qopan ayaqları üçün heç bir şey edilə bilməsə də, vəziyyətinin normal olduğu bildirilib.(moderator)

Qatarın üzərinə çıxan azyaşlının ayaqları qopdu - DƏHŞƏT... + FOTOLARQatarın üzərinə çıxan azyaşlının ayaqları qopdu - DƏHŞƏT... + FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2350   Tarix: 16 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş