Türkan Pərvizdən danışdı: "Məndən xəbərsiz..." - VİDEO

Türkan Pərvizdən danışdı: "Məndən xəbərsiz..." - VİDEOARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı ifaçı Türkan Vəlizadə olub.

BiG.AZ bildirir ki, gənc müğənni Pərviz Bülbülə ilə aralarında yaşanan narazılıqdan danışıb:

"Bir işçim var idi, işdən çıxarmışdım. Onunla bağlı çox stress keçirmişdim. Pərviz də bilə-bilə onu işə götürüb. Toyların birinə Pərvizlə birgə dəvət almışdıq. Mənə zəng gəldi. İşdən çıxardığım işçim idi. Dedi ki, restoranın qarşısında sizi gözləyirik. Dedim sən niyə məni dəvət edirsən? Dedi ki, mənim heç bir günahım yoxdur, artıq Pərvizlə işləyirəm. Həmin toya getmədim. Əgər mən o işçiyə güvənməyərək uzaqlaşdırmışamsa, demək ki, məsləhətli adam deyil. Pərviz, sən niyə onu yanına işçi kimi gətirirsən? Biz birgə çalışırıqsa, məndən xəbərsiz iş görmək olmaz. İndiyə kimi bilmədim ki, Pərviz niyə belə addım atdı"./Milli.Az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 6769   Tarix: 14 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş