Qubada 14 küçəyə şəhidlərin adı verildi - FOTOLAR

Qubada 14 küçəyə şəhidlərin adı verildi - FOTOLARQuba şəhərində yeni abadlaşdırılan küçələrə Vətən müharibəsində şəhid olan 14 qəhrəman döyüşçümüzün adı verilib.

BiG.AZ "AzərTac"a istinadən xəbər verir ki, yenidən qurulan küçələrdən birinə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun, digərlərinə isə qubalı şəhidlərin adı verilib. Artıq küçələrə adların yazıldığı lövhələr vurulub.

Abadlıq işləri aparılan yaşayış massivində 22 küçə mövcuddur. Küçələrin ümumi uzunluğu isə 16 kilometrdən çoxdur. Bu məhəllələrdə qırx ilə yaxındır ki, əhalinin məskunlaşmasına başlanılıb. Minə yaxın yaşayış evi olan massivin əhalisi uzun illərdir yollarının narahatlığı səbəbindən problemlərlə qarşılaşırdılar.

Ərazidəki bütün küçələrin asfaltlanması artıq başa çatdırılıb. Bununla yanaşı, küçələrdə səkilər abadlaşdırılıb, müvafiq yerlərdə küçələrin genişləndirilməsi təmin olunub.

Sakinlər yaşadıqları küçələrə şəhidlərimizin adının verilməsinə görə qürur duyduqlarını bildiriblər.

Qubada 14 küçəyə şəhidlərin adı verildi - FOTOLARQubada 14 küçəyə şəhidlərin adı verildi - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 973   Tarix: 13 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Ustalar.az ustalar sayti